Şəmkirdəki qatar qəzasının görüntüləri yayılıb - VİDEO

Şəmkirdəki qatar qəzasının görüntüləri yayılıb - VİDEO
23:18 18 Oktyabr 2016
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkirdə Gürcüstandan Bakıya yük aparan qatar qəzaya uğrayıb. ARB TV-nin məlumatına görə, hadisə bu gün saat 12.30 radələrində Zəyəm Dəmiryolu Stansiyasının ərazisində baş verib.

Gürcüstan-Bakı marşrutu üzrə hərəkət edən qatarın 4 vaqonu relsdən çıxaraq aşıb. Baş vermiş hadisə digər qatarların hərəkətinə də maneə törədib.

Hazırda qatarlar bir yolla hərəkət edirlər. "Azərbaycan Dəmiryolları" QSC-nin müvafiq struktur bölmələri qəzanın fəsadlarının aradan qaldırılmasına çalışırlar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/172663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR