İmam Səccad (ə) xəlifənin dünya barədə təklifinə nə cavab verdi?

İmam Səccad (ə) xəlifənin dünya barədə təklifinə nə cavab verdi?
23:22 18 Oktyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

İmam Baqir (ə) buyurur: "Əbdülməlik Mərvan Allahın evini təvaf edirdi. Atam da onun qarşısında təvaf edirdi. Mərvan soruşur: "Bu kimdir ki, məndən qabağa düşmüşdür?". Dedilər: "İmam Zeynəlabidin Əli ibni Hüseyndir (ə)". Deyir: "Onu qaytarın". İmamı (ə) qaytarırlar və Mərvan deyir:" Ey Əli ibni Hüseyn! Mən sənin atanı öldürən kəs deyiləm. Bəs sənə nə mane olur ki, mənim yanıma gələsən?".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam (ə) buyurur: "Həqiqətən də atamı öldürən etdiyi əmələ görə dünyasını özü üçün məhv etdi və atam da axirəti onun üçün məhv etdi. Əgər istəyirsənsə, onun kimi ol".
Mərvan deyir: "İstəmirəm, ancaq bizim yanımıza gəl ki, bizim dünyamızdan bir şey əldə edəsən".
İmam (ə) bu sözləri eşidən zaman əyləşir və cübbəsini açıb buyurur: "Allahım! Yaxın dostlarının hörmətini ona göstər!".
Mərvan ona baxan zaman gördü ki, cübbəsi nurlu qapılarla doludur ki, nuru Bəsrəyə qədər əsər qoyur.
İmam (ə) buyurur: "O kəsin ki, hörməti buna yaxın olar, sənin dünyana nə hacəti olar?". Sonra dua edir: "Allahım, geri al ki, mənim ona hacətim yoxdur". Həmin nurlu qapılar yoxa çıxır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/480416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR