Cem Yılmazdan yeni film - FOTO

Cem Yılmazdan yeni film - FOTO
23:32 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Tanınmış aktyor Cem Yılmaz bəzən prodüser olaraq da məharətini göstərir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, C.Yılmaz Murad - Əmrah Kaman qardaşlarının yeni filmi "Deli aşk"ın prodüseri olacaq.

Filmin ssenarisi və kastinq işləri bitib. Aktyor heyəti də hazırlıqlara başlayaraq ssenarini oxumağa başlayıb.

C.Yılmaz sosial mediada filmin çəkilişlərinin gələn həftə başlayacağını və 2017-ci ilin martında nümayiş ediləcəyini yazıb.

Ekran işində Zafer Algöz, Pelin Akil, Şafak Pekdemir, Abdullah Şahin, Yasemin Öztürk, Nilperi Şahinkaya və Toygan Avanoğlu kimi tanınmış aktyorlar rol alacaq.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/480845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR