Uşaqlar arasında yayılan yüksək hərarətli hallar nə ilə bağlıdır?

Uşaqlar arasında yayılan yüksək hərarətli hallar nə ilə bağlıdır?
23:47 18 Oktyabr 2016
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Son vaxtlar məktəbə qədər və məktəb yaşlı uşaqlar arasında anidən qalxan hərarət halları müşahidə edilməkdədir. Valideynlərin narahatlığı ondan ibarətdir ki, axşam vaxtı müşahidə edilən hərarət adətən 39-40 dərəcəyə qədər qalxa bilir. Bəzən bu daha zəif uşaqlarda çox pis nəticələr verə bilir. Bununla bağlı həkimlər müxtəlif məsləhətlər verirlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, pediatr İlhamə Rüstəmovanın sözlərinə görə, yüksək temperatur bəzən riskli bir hal alır: "Dünyada elmə belə məlum olmayan müxtəlif viruslar var. Bu baxımdan hər hansısa bir uşaqda anidən hərarətin qalxması məhz o cür virusların aktivləşməsi və ya həmin virusa yoluxma ilə bağlı ola bilər. Eyni zamanda onu da bilmək lazımdır ki, bu cür durumlarda hərarətin qalxması çox normaldır və orqanizmin virusla mübarizə aparmasının göstəricisidir. Bu baxımdan hərarət 38 dərəcəyə çatana qədər biz heç bir dərman və ya digər müdaxilələrin edilməsini məsləhət görmürük və özümüz də müdaxilələr etmirik. Amma yüksək temperatur bəzən riskli bir hal alır. Kəllədaxili təzyiqi və nevroloji problemi olan uşaqlarda yüksək temperatur qıcolmalara səbəb ola bilər. Bu baxımdan hərarət 38 dərəcədən yüksək olduqda qızdırma əleyhinə müəyyən tədbirlər görürük. Valideynlər şamlardan və siroplardan istifadə edə bilərlər. Adətən immuniteti zəif, bədən müqaviməti az olan insanlarda bu cür qəfil yoluxmalar daha aktiv şəkildə müşahidə edilir. Bu baxımdan mütləq immuniteti qaldırmaq üçün zəruri addımlar atılmalıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/480410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR