Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Günün qoroskopu: kompromisslərə meylli olun

Günün qoroskopu: kompromisslərə meylli olun

Date: 19 October 2016 00:05

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç -  sizdən tələb olunan məsələ etibarlı müttəfiq seçməkdir. Bu yöndə intuisiya sizə yardım edəcək. Əməlləriniz və fəaliyyətiniz yaxın ətrafınızda olan insanlarda ciddi maraq yaradacaq. Tənqidlərə əsla fikir verməyin, işinizlə məşğul olun.

Buğa - bilik, təcrübə, yeni bacarıqlara yiyələnmək üçün əlverişli gündür. Yaşam təcrübəsindən yararlana biləcəyiniz insanlarla tanış ola bilərsiniz. İşgüzar və şəxsi xarakterli görüşlər uğurlu nəticələr verəcək.

Əkizlər - nəyin bahasına olursu-olsun mövqeyini qorumağa çalışmayın. Belə olarsa, fərqli fikrə və mövqeyə malik insanlarla münasibətlərdə sərinlik yarana bilər. Kompromisslərə meylli olun. Təmaslardakı gərginliyi aşağı salın, ciddi mübahisələrin yaranmasına imkan verməyin.

Xərçəng - günün maliyyə fonu əlverişli deyil. Pulla bağlı əməliyyatlarda ehtiyatlı olun. Planlaşdırılmamış səfər və ya səyahət olar. Belə səfər çox vaxt alacaq, nəticəsi də uğurlu olmayacaq.

Şir - yaxın ətrafınızdakı insanlar götür-qoy və təhlil üçün çox vaxt olmadığını israrla təkrarlasalar da, yekun qərar qəbul etməyə tələsməyin. Bütün detalları və şərtləri nəzərdən keçirməmiş addım atmayın. Alış-verişdə bədxərclik etməyin.

Qız - yaxınlarınızla fikir ayrılığı yarana bilər. Güzəştə gedə bilsəniz, münaqişənin qarşısını ala bilərsiniz. Axşam saatlarında gəzintiyə çıxın. Maraqlı tanışlıq ola bilər.

Tərəzi - yarımçıq işləri başa vurmaq və çoxdan bəri reallaşdırmağa çalışdığınız layihənin ilkin mərhələsinə başlamaq üçün əlverişli zamandır. Yaxın ətrafınızdakı insanlar üçün də maraqlı ola biləcək məşğuliyyət tapa bilərsiniz.

Əqrəb - ənənəvi, rutin ev işləri və ailə qayğıları həmişəkindən fərqli olaraq, sizi darıxdırmayacaq. Usanmayın, tənbəllik etməyin, aktiv çalışın. Qəfil vizitlər ola bilər.

Oxatan - səfər və ya səyahəti təxirə salın. Vaxt və qüvvənizi hədər yerə sərf edəcək, qarşınıza qoyduğunuz məqsədlərə çatmayacaqsınız. Alış-veriş üçün pis gün deyil.

Oğlaq -  adi günlərdən fərqli olaraq daha emosionalsınız. İstənilən formada tənqidə və ya irada kəskin reaksiya verməyin. Sizi tənqid edən insanlardan uzaq dursanız, yaxşıdır. Çünki onlar əhvalınızı korlaya bilərlər.

Dolça -  Səfər, səyahət uğurlu alınacaq. Vaxtınızı mənasız işlərə səfr etməsəniz, rəqiblərinizlə müqayisədə daha ciddi uğurlara nail ola bilərsiniz. Alış-verişdə bədxərclik etməyin. Səhhətinizdə problemlər yaranmayacaq.

Balıqlar - yeniliklər və dəyişikliklər üçün əlverişli gündür. Zərərli vərdişlərdən birini unudun, yaşam arealında dəyişikliklərə başlayın. Fəaliyyətinizin effektivlik səviyyəsini arıtrmağa çalışın.

Milli.Az


Tags:  Günün qoroskopu kompromisslərə meylli olun

RƏYLƏR


Top news