Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bunun adı riyakarlıqdır"

"Bunun adı riyakarlıqdır"

Date: 19 October 2016 03:23

“ABŞ-ın dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı "Azərbaycan və Ermənistan rəhbərləri sülhə hazır deyillər" fikiri birbaşa Ermənistanın milli maraqlarına xidmətdir.

Con Kerri ermənipərəst mövqeyi ilə seçilən konqresmen olub. Yəni Con Kerri erməni lobbisinin nəzarətində olan siyasətçidir. Azərbaycan ilə Ermənistan arasında münaqişə başlayandan bəri Con Kerri ermənilərin tərəfində olub. O, bu bəyanatı ilə birbaşa və açıq şəkildə işğalçı Ermənistanı dəstəklədiyini sübut etdi. Biz bir vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq Con Kerrinin bu möqeyini qətiyyətlə pisləyirik”

Bunu Bələdiyyələrin İnkişafına Yardım ictimai birliyin sədri Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, Azərbaycanı işğalçı Ermənistanla bərabərləşdirmək heç bir əxlaqa və mənəviyyata sığmır:

“Con Kerri və digər bu kimi şəxslər erməni lobbisinin maliyyələşdirdiyi və himayə etdiyi siyasətçilərdir. Bu cür siyasətçilər erməni lobbisindən aldıqları pulun müqabilində işğalçı Ermənistana xidmət göstərirlər. Erməni diasporası bunlara yaxşı maliyyə ayırır. Söhbət milyonlarla dollardan gedir. Buna görədir ki, Con Kerri ermənilərə qulluq göstərir.”

Niyaməddin Orduxanlı Azərbaycanda fəaliyyət göstərən QHT rəhbərlərini ABŞ dövlət katibinin bəyanatına cavab verməməkdə və susmaqda qınadı:

“Çox təəssüf ki, Con Kerrinin bu bəyanatına vətəndaş cəmiyyətinin nümayəndələrinin böyük əksəriyyəti susdu. Ölkədə nə qədər QHT var. Və bunların əksəriyyəti özlərini müstəqil və ya dövlətin milli maraqlarını qoruyan QHT kimi göstərirlər. Bu QHT- lər ancaq öz maraqlarını düşünürlər. Hakimiyyətin yanında özlərini “hakimiyyətin dostu” və ya “müdafiə edən” kimi, həmçinin də beylnəlxalq təşkilatların yanında “müstəqil”, səfirliklərin yanında isə, “demokrat” kimi göstərirlər. Elələri də var ki, 3-4 qurumun rəhbəridir. Ancaq dövlətin maraqları gələndə gözə dəymirlər, aradan çıxırlar. Bunun adı riyakarlıqdır”.


Tags:  Bunun adı riyakarlıqdır

RƏYLƏR


Top news