Putin və Ərdoğan əməkdaşlığın inkişafını müzakirə etdilər

Putin və Ərdoğan əməkdaşlığın inkişafını müzakirə etdilər
03:39 19 Oktyabr 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla telefon danışığı zamanı siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını müzakirə ediblər.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

 

“İstanbulda oktyabrın 10-da keçirilən Rusiya-Türkiyə yüksək səviyyəli danışıqlarının kontekstində siyasi, ticarət-iqtisadi və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını müzakirə edilib”, - deyə məlumatda qeyd olunub.

 

Söhbət zamanı tərəflər ikitərəfli və regional problemlərlə bağlı təmasları müxtəlif səviyyələrdə davam etdirməyə razılığa gəliblər.  

 

Qeyd edək ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256985

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR