Türkiyədən Aİ-yə sərt xəbərdarlıq

Türkiyədən Aİ-yə sərt xəbərdarlıq
04:54 19 Oktyabr 2016
47 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Aİ ilə miqrantların mübadiləsinə dair sazişdən ilin sonunadək imtina edə bilər. Bbuna səbəb  Aİ-nin türklərə vizasız rejimin tətbiq etməsinin müqabilində Ankaradan antiterror qanunvericiliyini dəyişmək  tələb etməsi olub. APA-nın “RİA Novosti” yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Aİ ilə işlər üzrə naziri Ömər Çelik “Röyters”ə müsahibəsində deyib.

 

“Öhdəlikləri unudaraq bizi bunu etməyə məcbur etmək - vizaların liberallaşdırılmasına əngəllər yaratmaq  deməkdir və biz Aİ ölkələrinin öz vədlərinə sadiq olmadıqlarını ehtimal etməyə məcbur olacağıq”, - deyə  Çelik deyib.

 

O həmçinin qeyd edib ki, Aİ-nin Türkiyə vətəndaşlarına vizasız rejim tətbiq etmək istəməməsi ilin sonunadək Aİ ilə miqrantların mübadiləsinə dair sazişin pozulması ilə nəticələnəcək: “Vizasız rejim ilin sonunadək tətbiq edilməzsə, Türkiyə, lazım gələrsə, Aİ ilə sazişin pozulmasına gedəcək”.    


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256987

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR