Milli.Az ərəb mətbəxindən pomidor dolmasının hazırlanma qaydasını təqdim edir
Milli.Az ərəb mətbəxindən pomidor dolmasının hazırlanma qaydasını təqdim edir
Tərkibi:
750 q mal əti qiyməsi
2 kq pomidor
1 ədəd soğan
4 çili istiotu
1 x.q. tomat pastası
duz
qara istiot
zirə (zövqə görə)
bitki yağı
Qiyməni sürtgəcdən keçirilmiş soğan, duz, qara istiot və zirə ilə qarışdırıb yoğurun. Pomidorların üzərində 3 bərabər kəsik edin, dibədək doğramayın, cib kimi alınsın. Qiyməni səliqəylə bu "cib"lərə doldurun. Hazırladığınz pomidorları yağlanmış formaya düzün. Üzərinə istiotları qoyun. Tomat pastasını 1 st. su ilə qarışdırın, pomidorların üzərinə gəzdirin. 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Sonra temperaturu 250 dərəcəyə qədər artırıb daha 10 dəqiqə bişirin.
Nuş olsun!
Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.
Milli.Az