24 ildir Azərbaycanda yaşayır, ancaq sənəd ala bilmirlər (VİDEO)

24 ildir Azərbaycanda yaşayır, ancaq sənəd ala bilmirlər (VİDEO)
08:08 19 Oktyabr 2016
98 Ölkə
Ölkə mətbuatı
A- A+

24 ildir Azərbaycanda yaşayır, ancaq heç bir sənədləri yoxdur...

Qobustanın Xilmilli kəndində yaşayan Haqverdiyevlər ailəsi illərdir bu problemi həll edə bilmir. Faiq Haqverdiyev deyir ki, valideynləri 1992-ci ildə Gürcüstandan Azərbaycana köçəndən sonra orta məktəbi burda bitirib. 2002 -ci ildə hərbi xidməti başa vursa da nə özü, nə ailəsi vətəndaşlıq sənədi ala bilmir. Faiqin sözlərinə görə, 2000-ci ildə onu Gürcüstan Respublikasına məxsus şəhadətnamə ilə əsgərliyə yollayıblar.

O, ailə qurub, övladları da var. Hazırda övladları məktəbə getsə də sadəcə təhsil alır. Sənədləri olmadıgına görə məktəbdə qeydiyyatları yoxdur.

Rayon polis şöbəsindən bildirilib ki, onların şəxsiyyət vəsiqqəsi ilə təmin olunması yalnız dövlət miqrasiya idarəsi tərəfindən veriləcək "Vətəndaşlıq mənsubiyyətinin tanıması " barədə sənəd olmalıdır. Əgər onlar Gürcüstan vətəndaşlığını qəbul etmək istəyirsə bu ölkənin səfirliyinə müraciət etməlidir.

Səfərbərlik və Hərbi xidmətə Çağırış Üzrə Dövlət Xidmətindən isə bildirilir ki, qurum 4 il əvvəl yaradılıb və 2000-2002-ci illərdə hərbi xidmət faktı ilə bağlı məlumat vermək səlahiyyəti yoxdur. Bununla belə, Azərbaycan vətəndaşlığını təsdiq edəcək heç bir sənədi olmayan şəxsin hərbi xidmətə aparılması qanunsuzdur və buna görə məsuliyyəti rayon hərbi komissarlığı daşıyır.

Dövlət Miqrasiya Xidmətindən isə bildirildi ki, sözügedən şəxs 2014-cü ildə quruma müraciət edib və ona müəyyən sənədlərin gətirilməsi deyilsə də, səhlənkarlıq edib. Faiq Haqverdiyev isə öz növbəsində vurğulayıb ki, ona yalnız oxuduğu məktəbdən arayış gətirilməsi istənilib. Həmin sənəd də quruma təqdim edildikdən sonra ''Get məsələni həll edəcəyik'' vədini veriblər. Amma həmin vəd 2 ildir ki, vəd kimi də qalıb...


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/172680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR