Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları"-nda dəyişiklik edilib

"Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları"-nda dəyişiklik edilib

Date: 19 October 2016 08:12

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 yanvar tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları"nda dəyişiklik edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qərara əsasən, "Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları"na 5.3-cü bənd əlavə edilib:

5.3. Gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydaları"na uyğun olaraq qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemləri tətbiq olunur.".

Milli.Az


Tags:  Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları-nda dəyişiklik edilib

RƏYLƏR


Top news