Azərbaycanda tikinti sahəsində müfəssəl planların razılaşdırıldığı orqanların sayı artıb

Azərbaycanda tikinti sahəsində müfəssəl planların razılaşdırıldığı orqanların sayı artıb
08:32 19 Oktyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti "Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı"nı təsdiq edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu Qayda yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kəndlərin) ərazilərinin və ya onların ərazi hissələrinin, o cümlədən yaşayış məntəqələrinin hüdudlarından kənarda yerləşən ərazilərinin (yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulan) müfəssəl planlarının hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydalarını, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısını müəyyən edir.

Müfəssəl plan yaşayış məntəqəsinin qüvvədə olan Baş planı əsasında hazırlanır. Baş plan olmadığı halda və ya Baş planın hesabat müddəti bitdikdə, kəndlərin, qəsəbələrin və perspektivdə hesabi əhalisi 50 minədək olan şəhərlərin bütün ərazisi üçün müfəssəl planın hazırlanmasına yol verilir. Müfəssəl plan planlaşdırılan struktur elementlərinin yerləşdirilməsini, onların inkişaf parametrlərini müəyyən edən ərazi planlaşdırılması sənədidir. Müfəssəl plan yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin sifarişi ilə hazırlanır. Ərazi üçün yalnız bir müfəssəl plan olmalıdır.
 
İndiyə qədər müfəssəl planların razılaşdırıldığı orqanların siyahısına Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Nəqliyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi, layihə tapşırığında qeyd olunan orqan və qurumlar daxil olub. Dəyişikliyə əsasən müfəssəl planların razılaşdırıldığı orqanların sayı artırılıb və siyahıya "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti daxil edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/480866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR