Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakı sakinini öldürməkdə təqsirləndirilən keçmiş məhkumun məhkəməsi başlayır

Bakı sakinini öldürməkdə təqsirləndirilən keçmiş məhkumun məhkəməsi başlayır

Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən şəxsin məhkəməsi başlayıb (14 Mart 2017 14:47)
Keçmiş arvadını öldürən şəxsə HÖKM OXUNDU (10 Mart 2017 12:32)
Qubada atasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb (09 Mart 2017 11:22)

Tarix: 19 Oktyabr 2016 09:47

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakı sakinini öldürməkdə təqsirləndirilən Tural İsmayılovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşaraq məhkəməyə göndərilib.
"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası oktyabrın 24-nə təyin edilib.
İşə hakim Mayıl Bayramovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Daxili İşlər Nazirliyin yaydığı məlumata görə, bu il aprel ayının 18-də Nərimanov rayonu ərazisindən Bakı şəhər sakini Rafiz Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Daha sonra R.Mirzəyiv orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.İsmayılov tutulub.
O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur.

Teqlər:  Bakı sakinini öldürməkdə təqsirləndirilən keçmiş məhkumun məhkəməsi başlayır



RƏYLƏR


Top xəbərlər