Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

3 azarkeş Madriddə həbs olundu

3 azarkeş Madriddə həbs olundu

Tarix: 19 Oktyabr 2016 09:47

Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində keçirilən "Real" - "Legiya" oyunundan öncə insident yaşanıb. 

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, qarşılaşmadan əvvəl Madriddə 3 polşalı azarkeş həbs olunub. 

31, 33 və 34 yaşlı fanatlar içkili halda əyləndikləri barın kassa aparatını soymağa cəhd ediblər. Bundan başqa, fanatlardan biri iki ofisianta hücum edərək onlardan birinin telefonunu alıb. 

Nəticədə polis hər 3 azarkeşi həbs edib. 

Milli.Az


Teqlər:  azarkeş Madriddə həbs olundu



RƏYLƏR


Top xəbərlər