Ankarada terror aktı törətmək istəyən İŞİD-çı məhv edilib

Ankarada terror aktı törətmək istəyən İŞİD-çı məhv edilib
09:57 19 Oktyabr 2016
21 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Ankarada keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşmasının üzvü olmaqda şübhəli bilinən bir nəfər öldürülüb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ahmet B. adlı həmin şəxs Türkiyə paytaxtında terror aktı törətməyi planlaşdırırmış.
Məlumata görə, 1992-ci ildə Türkiyənin Adana şəhərində dünyaya gəlmiş, Diyarbakırda qeydiyyatdan olan Ahmet B. adlı Türkiyə vətəndaşı terrorçu-kamikadze imiş. O, təhlükəsizlik qüvvələrinin əmrinə tabe olmayıb və müqavimət göstərib. Polis atəş açmaq məcburiyyətində qalıb və həmin şəxsi zərərsizləşdirib. 
Onun yaşadığı mənzildə böyük miqdarda partlayıcı maddə aşkarlanıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/ankarada-terror-akti-toretmek-isteyen-i-si-d-ci-mehv-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR