Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Pentaqon: İŞİD Mosulda sakinlərdən "canlı qalxan" kimi istifadə edir

Pentaqon: İŞİD Mosulda sakinlərdən "canlı qalxan" kimi istifadə edir

Dağıntılar altından 61 dinc sakinin meyiti çıxarıldı (26 Mart 2017 15:32)
Mosulda dinc əhali bombalandı (23 Mart 2017 22:59)
O, 7 yaşlı uşağın üzərinə bomba bağladı və... (23 Mart 2017 09:59)

Tarix: 19 Oktyabr 2016 09:57

Bakı. 19 oktyabr. REPORT.AZ/ "İŞİD terror qruplaşmasının yaraqlıları Mosulda sakinlərdən "canlı qalxan" kimi istifadə edir və onların şəhəri tərk etmələrinə imkan vermir".
"Report" BBC-yə istinadən xəbər verir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis deyib.
Onun sözlərinə görə, yaraqlılar dinc sakinləri onların iradəsinə qarşı şəhərdə saxlayır. "Son gündə də hər hansı bir dəyişiklik görməmişik. Camaat şəhəri tərk etmir, oradan qaçmır. Amma təbii ki, onların "canlı qalxan" kimi istifadə olunduğunu bilirik", - deyə C.Devis bildirib.
Qeyd edək ki, İŞİD avqustda Suriyanın Mənbic şəhərini tərk edərkən artıq dinc sakinlərdən "canlı qalxan" kimi istifadə edib.
Şəhərdə nə qədər sakinin olması barədə məlumat mövcud deyil.

Teqlər:  Pentaqon İŞİD Mosulda sakinlərdən canlı qalxan istifadə edir



RƏYLƏR


Top xəbərlər