Traktor aşdı: bir ölü, bir yaralı

Traktor aşdı: bir ölü, bir yaralı
09:59 19 Oktyabr 2016
45 Digər
Ölkə mətbuatı
A- A+

Qəbələ-İsmayıllı yolunda ağır avtomobil qəzası baş verib, bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə Qəbələ-İsmayıllı yolunun 9-cu kilometrliyində, İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisində qeydə alınıb.

 

İsmayıllı rayonu Qurbanəfəndi kənd sakini, 1993-cü il təvəllüdlü Sərdarov Belək Cəmaləddin oğlu idarə etdiyi traktoru yolun kənarındakı kafeyə tərəf dönmək istəyərkən traktor çökəkliyə aşıb.

 

Nəticədə sürücü Belək Sərdarov ağır xəsarət alıb, onun sərnişini, həmkəndlisi, 1994-cü təvəllüdü Cabbarlı Nurlan Marif oğlu isə aşan traktorun altına düşüb və hadisə yerində dünyasını dəyişib. Qapalı kəllə-beyin travması alan sürücü İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257003

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR