Türkiyə Mosul əməliyyatları üçün hava bazalarından istifadəyə icazə verdi

Türkiyə Mosul əməliyyatları üçün hava bazalarından istifadəyə icazə verdi
10:03 19 Oktyabr 2016
75 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Mosul əməliyyatları üçün İncirlik və Diyarbəkir hərbi hava bazalarından istifadəyə icazə verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Türkiyə razılığa gəlib.

Razılığa əsasən, Türkiyə Mosul əməliyyatına qatılan hərbiçiləri hərbi hava bazası ilə təmin edəcək.

Həmçinin, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Mosul əməliyyatına hava dəstəyi verəcəklər. Artıq Mosul əməliyyatları ilə bağlı Türkiyə Hərbi Hava Qüvvələrinin operativ qərargahı da yaradılıb. Həmin qərargah Mosul əməliyyatlarını anbaan izləyəcək, İŞİD-ə qarşı hava hücumlarına ehtiyac olan zaman Türkiyə döyüş təyyarələri terrorçuların hədəflərini bombalayacaq.

Türkiyənin baş naziri Binəli Yıldırım da açıqlamasında deyib ki, bütün bunlar Türkiyənin Mosul əməliyyatında iştirakını nümayiş etdirir.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172694.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR