Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ konqresmeni Azərbaycanla bağlı bəyanat verib

ABŞ konqresmeni Azərbaycanla bağlı bəyanat verib

Date: 19 October 2016 10:09

ABŞ Konqresinin Tenessi ştatından olan demokrat üzvü, Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiv Koen 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı bəyanat verib.

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, səfirliyinə təqdim olunmuş bəyanatda “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsinin 25-ci ildönümünün qeyd olunduğu bildirilir. 

 

Bəyanatda 1991-ci il 18 oktyabrda müstəqilliyini bəyan edən Azərbaycanın qlobal enerji təhlükəsizliyi, terrorçuluqla mübarizə və nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində vacib müttəfiqə çevrildiyi qeyd olunur.

 

Eyni zamanda, müsəlman əksəriyyətli cəmiyyəti olan dünyəvi dövlətdə etnik və dini dözümlülük baxımından bir nümunə olduğu vurğulanır.

 

Bəyanatda Azərbaycan İsrail dövləti ilə yaxşı əlaqələrə malik olduğuna görə təqdir edilir.


Tags:  ABŞ konqresmeni Azərbaycanla bağlı bəyanat verib


RƏYLƏR


Top news