"Türkiyəsiz Mosulun gələcəyi yoxdur"

"Türkiyəsiz Mosulun gələcəyi yoxdur"
10:22 19 Oktyabr 2016
40 Dünya
Ölkə mətbuatı
A- A+

Ankara və beynəlxalq koalisiya qüvvələri Türkiyənin Hərbi-Hava Qüvvələrinin Mosulun İŞİD-dən azad olunması əməliyyatında iştirak etməsinə dair razılığa gəlib.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Fikri İşık deyib.

Nazir vurğulayıb ki, Türkiyənin iştirakı olmadan Mosulun gələcəyinə dair qərar vermək mümkünsüzdür.

İşık eyni zamanda Ankaranın Mosula dair Parisdə yaxın günlərdə keçiriləcək beynəlxalq görüşə dəvət aldığını qeyd edib.

"Türkiyənin Mosula dair müzakirələrdə iştirakı təbiidir. Bizim iştirakımız olmadan qərarın verilməsi mümkünsüzdür", - deyə nazir bildirib. 

Türk nazir dolayı yolla diqqətə çatdırıb ki, Türkiyəsiz Mosulun gələcəyi yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/480903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR