Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

6 qəpiyə “iPhone 7” satılır – FOTOLAR

6 qəpiyə “iPhone 7” satılır – FOTOLAR

Will iPhone 8 have 3D camera? (26 November 2016 15:46)

Date: 19 October 2016 10:23

Ukraynada məşhur pərakəndə satış mağazalarından biri satışa yeni çıxarılan “iPhone 7” telefonları ilə bağlı maraqlı kampaniyaya başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “simvolik qiymətə “iPhone 7” telefonuna sahibi olmağa nə deyirsən?” şüarı ilə başladılan kampaniyada adını və soyadını dəyişdirən şəxsə 1 qrivnaya (təqribən 0,06 qəpik) “iPhone 7” telefonu təklif olunur.

Kampaniyanın şərtlərinə görə, müştəri mütləq adını dəyişdirib “Ayfon”, soyadını isə “Sim” qoymalıdır. Eyni zamanda, həmin şəxslər ad və soyadlarını dəyişdirdiklərini sübut etmək üçün yeni şəxsiyyət vəsiqələrinin surətini sözügedən satış mağazasına təqdim etməlidirlər. Bütün bunlar edilən təqdirdə, həmin müştəriyə 1 qrivnaya “iPhone 7” telefonu satılacaq.

Kampaniyadan cəmi 5 Ukrayna vətəndaşı faydalana biləcək.

Qeyd edək ki, Ukraynada vətəndaşlar 16 yaşından etibarən ad və soyadlarını dəyişdirmək hüququna sahibdir. Ad və soyadı dəyişdirmək üçün tələb olunan dövlət rüsumu təqribən 120 qrivna (7,75 AZN), şəxsiyyət vəsiqəsinin alınması üçün müraciətlərin gözləmə müddəti isə 3-6 aydır.

Vasif Həsənli





Tags:  qəpiyə iPhone satılır FOTOLAR


RƏYLƏR


Top news