Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Borcuna görə Hadisenin qızıllarını əlindən aldılar

Borcuna görə Hadisenin qızıllarını əlindən aldılar

Date: 19 October 2016 10:31

“Trendyol” markası ilə 4 il əvvəl imzaladığı 500 min avroluq müqaviləyə əməl etmədiyi üçün məhkəməlik olan Hadise çətin günlər yaşayır.

Axşam.az-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, məhkəmə ifaçının qarşı tərəfə 250 min avro təzminat ödəməsini istəyib. Amma o, buna əməl etməyib. 

“O səs Türkiyə” yarışmasında münsif olan Hadise çəkiliş zamanı icra nümayəndələrini studiyada görüb şok olub. Proqrama ara verib cəza kağızını göz yaşları içərisində imzalayan sənətçi daha sonra çəkilişlərə davam edib. Hadisə zamanı studiyada olanlar sənətçinin çəkilişə qayıdarkən boynundakı və qulağındakı zinət əşyalarının yerində olmadığını deyib. Borcuna görə müğənninin qızıllarını və pullarını əlindən alıblar.


Tags:  Borcuna Hadisenin qızıllarını əlindən aldılar

RƏYLƏR


Top news