“Bizim könüllü şəkildə qəbul etdiyimiz Madrid
prinsipləri yalnız bir variantı özündə ehtiva edir. Bu da
ərazilərin qaytarılmasıdır. Biz bu sənədi imzalamışıq”.
Publika.az xəbər verir ki, bu barədə qondarma “DQR”-in
keçmiş “XİN rəhbəri” Arman Melikyan deyib.
Onun sözlərinə görə, Vyana və Sankt-Peterburqda əldə olunmuş
razılıqlar da Madrid prinsiplərinin məntiqindən çıxış edir.
Erməni siyasətçi qeyd edib ki, İrəvan danışıqlar prosesində nəsə
etməsə, hər şey çox gec olacaq.
Asif