Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

20 minə polisə işə düzəldən keçmiş hakim məhkəmədən azadlığa buraxıldı

20 minə polisə işə düzəldən keçmiş hakim məhkəmədən azadlığa buraxıldı

Date: 19 October 2016 10:44

 

Dələduzluqda təqsirləndirilən keçmiş hakim Fəxrəddin Rzayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə F.Rzayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, F.Rzayev vətəndaş Eyvaz Abbasovun oğlunu Dövlət Yol Polisinə düzəltmək adı ilə ondan 20 min manat pulu dələduzluq yolu ilə əldə etməkdə təqsirli bilinib.

 

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

 

F.Rzayev əvvəllər Yasamal Rayon Məhkəməsinin hakimi olub. Bir müddət isə Bakı Hərbi Məhkəməsinin icra şöbəsində çalışıb.


Tags:  minə polisə işə düzəldən keçmiş hakim məhkəmədən azadlığa buraxıldı


RƏYLƏR


Top news