Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İŞİD Atatürkün movzeleyini partlatmağı planlaşdırırdı

İŞİD Atatürkün movzeleyini partlatmağı planlaşdırırdı

Tarix: 19 Oktyabr 2016 10:48

Ankarada günün ilk saatlarında təşkil edilən əməliyyatda İŞİD terror qruplaşmasının üzvü öldürülüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, kamikadze olan İŞİD üzvü paytaxtda qanlı terror aktını həyata keçirməyi planlaşdırırdı.

Eryaman məhəlləsində yaşayan terrorçu xüsusi əməliyyat polisinin “təslim ol” tələbinə atəşlə cavab verib. Bundan sonra baş verən atışmada terrorçu öldürülüb.

Hadisə yerində axtarışlar aparan mütəxəssislər kamikadze hücumunda istifadə edilə biləcək çoxlu sayda partlayıcı maddə tapıb. Hadisə yerinə gələn Ankara valisi Ercan Topaca və polis müdiri Mahmut Karaaslan İŞİD üzvünün kamikadze hücumuna hazırlaşdığına dair ciddi dəlillərin tapıldığını bildiriblər.

Ercan Topaca terrorçunun “Anıtkabir” (Atatürk movzoleyi) və keçmiş parlament binası ətrafında üç dəfə kəşfiyyat apardığına dair kamera qeydlərinin olduğunu deyib. Onun sözlərinə görə, terror aktının oktyabrın 29-da - Cümhuriyyət bayramında həyata keçirilməsi planlaşdırıla bilərdi.

Öldürüldüyü evdə kiyayədə qalan İŞİD üzvünün 1992-ci ildə Adanada doğulan və Diyarbəkrdə qeydiyyatda olan Əhməd B. olduğu müəyyən edilib.

Ömər Dağlı


Teqlər:  İŞİD Atatürkün movzeleyini partlatmağı planlaşdırırdı



RƏYLƏR


Top xəbərlər