Yol polisindən qıcıq doğuran hərəkət - FOTOLAR

Yol polisindən qıcıq doğuran hərəkət - FOTOLAR
10:53 19 Oktyabr 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yol polisi qaydanı pozub.

Publika.az-ın əməkdaşı Füzuli küçəsində Dövlət Yol Polisinə məxsus avtomobilin yol hərəkəti qaydasını pozaraq piyada keçidinin üzərində saxladığını müşahidə edib. Əməkdaşımızın müşahidələrinə görə, polis maşını müəyyən müddət piyada keçidinin üzərində saxlayıb. Əlbəttə, səbəb bizə bəlli deyil.

Lakin piyada və sürücüləri yol hərəkəti qaydaları haqqında məlumatlandıran, cərimələyən polisin özünün qaydanı pozması, şübhəsiz ki, birmənalı qarşılanmır. Əksinə bəlkə də daha da qıcıq doğurur. Üstəlik, o şəxsi avtomobilində deyil, məhz iş başında olarkən bunu edib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Publika.az-a açıqlamasında bildirib ki, yol polisi yalnız dövlət əhəmiyyətli tədbirlərdə qaydanı poza bilər: “Yol hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitələri, o cümlədən yol polisi avtomobilləri zərurət yarandığına görə qaydaları zidd hərəkət edə bilər. Bu, qanunla tənzimlənir. Heç bir tədbir olmadığı halda dövlət yol polisinin qaydanı pozması əvvəllər müşahidə edilirdi. Bugünkü dövrdə texniki vasitələrin inkişaf etdiyi, əməkdaşlarımızın fəaliyyətinə nəzarətin artdığı dövrdə yol polisinin qaydanı pozacağına inanmıram. Çünki bizdə əməkdaşların fəaliyyətinə nəzarət edən xüsusi şöbə var. Əgər qaydanı pozursa, belə bir fakt varsa, mətbuatın yazmağından asılı olmayaraq həmin əməkdaşa qarşı protokol tərtib edilir və o şəxs cəzalandırılır. İl ərzində əməkdaşlarımız tərəfindən qaydaların pozulması qeydə alınır. Mən özüm də şəxsi avtomobilimdə sürət həddini aşdığıma görə cərimə ödəmişəm”.

Gülxar





Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/172701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR