Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mehriban Xanlarova övladı olmadığını etiraf etdi: "Aysel bacımın qızıdır"

Mehriban Xanlarova övladı olmadığını etiraf etdi: "Aysel bacımın qızıdır"

Date: 19 October 2016 11:01

Əməkdar artist Mehriban Xanlarova şəxsi həyatı barədə etiraf edib.

Axşam.az-ın məlumatına görə, aktrisa bildirib ki, o bioloji olaraq ana olmayıb.

Belə ki, hamıya qızı kimi təqdim etdiyi Aysel onun doğma yox, bacısının övladıdır:

"İlk dəfə şəxsi həyatımla bağlı sirrimi xalqımla bölüşürəm. Bütün Azərbaycan xalqı bilir ki, mənim bir qız övladım var. Aysel mənim rəhmətlik bacım Sevda Xanlarovanın yadigarıdır. Hər kəs mənə sual verir ki, Mehriban xanım niyə bu sirri açdınız? Sadəcə, istədim sağıykən insanlar bunu məndən eşitsin. Dünyanın işini bilmək olmaz. Bu gün varıq, sabah yoxuq.

İstəmirəm mən dünyamı dəyişəndən sonra haqqımda artıq-əskik danışsınlar. Mən bu sirri açmaqdan utanmıram, nə də heç kimdən çəkinmirəm. Bunu da nəzərinizə çatdırmaq istəyirəm ki, Aysellə münasibətimiz əladır. Gələcək aylarda dördüncü nəvəm dünyaya gələcək.

Bu barədə jurnalistlər məndən müsahibə almaq istəyirlər. Mənə, menecerimə zəng vururlar, amma hələ ki, müsahibə vermək istəmirəm. Səhhətimdə problemlər var. Bir az istirahət etmək istəyirəm”.


Tags:  Mehriban Xanlarova övladı olmadığını etiraf etdi Aysel bacımın qızıdır


RƏYLƏR


Top news