ETSN: Yağıntıların normadan artıq olması nəticəsində yeni sürüşmə sahələri əmələ gəlib

ETSN: Yağıntıların normadan artıq olması nəticəsində yeni sürüşmə sahələri əmələ gəlib
11:02 19 Oktyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Atmosfer yağıntılarının normadan artıq olması nəticəsində yeni sürüşmə sahələri əmələ gəlib".
Bunu "Report"a nazirliyin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.
O bildirib ki, son günlər ölkə ərazisində yağan yağışlar respublika ərazisində olan sürüşmə sahələrində aktivləşməyə səbəb olub: "Yeni sürüşmə sahələri əmələ gəlib. İllərlə passiv sahə kimi tanınan sürüşmə sahələrində aktivləşmələr baş verib. Məsələn, Qobustan rayon ərazisində yerləşən, Poladlı sürüşmə sahəsində 2010-cu ildə sürüşmə prosesi qeyd olunmuşdu. Son günlərə kimi ərazidə stabillik hökm sürürdü, amma normadan artıq düşən yağıntılar nəticəsində həmin ərazidə aktivləşmə olub. Sürüşmə nəticəsində kəndə gedən avtomobil yolu tam sıradan çıxıb. Muğanlı-İsmayıllı avtomobil yolunda da yeni, lokal tipli sürüşmə proseslərinin baş verməsi müşahidə olunub. Respublikanın şimal bölgəsində sürüşmə sahələri əsasən yolları əhatə edir. Quba-Xınalıq yolu, Giləzi sürüşmə sahələrində aktivləşmə ehtimalı 80%-ə yaxındır".
S.Əmiraslanovun sözlərinə görə, İsmayıllı rayonunun İstisu kəndi ərazisində çayın sahilində 3 hektara yaxın ərazidə yeni sürüşmə sahəsi baş verib: "Sürüşmənin eni 500 m, uzunluğu 500-600 metrə qədərdir. Qırılma daşının hündürlüyü isə 5 metrə yaxındır. Sürüşmə sahəsinin təsir sahəsində 3 fərdi yaşayış evi yerləşir, qismən aralıda yerləşdiyi üçün hələ ki, elə bir ciddi təhlükə yaranmayıb. Ancaq atmosfer yağıntılarının normadan artıq olduğunu, eyni ilə də sürüşmə sahələrinin aktiv fazada olmasını nəzərə alsaq, bu, gələcəkdə fərdi yaşayış evləri üçün təhlükə yarana bilər".
Rəis qeyd edib ki, respublikanın bölgələrində mövcud olan sürüşmə sahələrində monitorinq işləri davam etdirilir: "Hazırda regionlarda 56 obyektdə monitorinq aparılır. Demək olar ki, əksər obyektlərdə aktivləşmə müşahidə olunur. Lerik, Lənləran, Astara, Gədəbəy, Daşkəsən, Şamaxı, İsmayıllı aktivləşmə müşahidə olunub".
Bakı ərazisində ciddi dəyişiklik baş vermədiyinə deyən mütəxəssis bildirib ki, paytaxt əsasən subasma prosesinə məruz qalıb: "Sürüşmə sahəsində nisbi gərginlik qalmaqdadır, təbii ki, vəziyyətin tam stabil olduğunu da demək olmaz". 

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/etsn-yagintilarin-normadan-artiq-olmasi-neticesinde-yeni-surusme-saheleri-emele-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR