Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

PAOK Bakıya itkilərlə gəlir

PAOK Bakıya itkilərlə gəlir

Date: 19 October 2016 11:05

Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu həftə "Qarabağ"ın qonağı olacaq PAOK Yunanıstandakı hazırlığını başa çatdırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Saloniki təmsilçisi bu gün Bakıya gələcək.

Yunanlar ölkəmizə 2 aparıcı futbolçunu gətirməyəcəklər. Söhbət Dimitris Pelkas və Georgios Tzavellasdan gedir. Buna səbəb hər iki oyunçunun zədəli olmasıdır.
 
Tibbi müayinədən sonra Tzavellasın 15 gün yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib. Onunla yanaşı, Pelkasın da "Qarabağ"a qarşı oynamayacağı müəyyənləşib. Nəticədə məşqçilər korpusu bu futbolçuları Bakıya gətirməməyə qərar veriblər.
 
Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - PAOK matçı saat 21:00-da start götürəcək.

Milli.Az


Tags:  PAOK Bakıya itkilərlə gəlir

RƏYLƏR


Top news