Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda orta məktəbin ərazisində UÇQUN - DİREKTORDAN AÇIQLAMA

Bakıda orta məktəbin ərazisində UÇQUN  - DİREKTORDAN AÇIQLAMA

Azərbaycanda müəllim özünü məktəbin həyətində öldürdü (15 Mart 2017 18:59)
Məktəbin həyətində özünü asdı - BAKIDA DƏHŞƏTLİ HADİSƏ (15 Mart 2017 10:34)
Bakıda 38 yaşlı kişi məktəbin həyətində özünü ağacdan asaraq intihar edib (15 Mart 2017 09:37)

Tarix: 19 Oktyabr 2016 11:19

48 saylı orta məktəbin ərazisində baş vermiş torpaq uçqunu məktəb binasına hər hansı ziyan vurmayıb. Bu barədə Lent.az-a açıqlamasında məktəbin direktoru Şahismayıl Rüstəmov bildirib. O qeyd edib ki, uçqun məktəb binasından xeyli aralıda baş verib və stadionun kənarında bir neçə metrlik ərazini əhatə edib: "Hadisə gecə saatlarında baş verib. Yağışın təsiri ilə torpaq uçqunu olub, hər hansı xəsarət və ya maddi ziyan yoxdur".

 

 

 

*****

 

 

 

Bakı şəhəri Xətai rayonu 48 saylı orta məktəbin ərazisində istinad divarı uçub, ərazidə uçqun baş verib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov APA-ya deyib ki, son günlər yağan yağışların nəticəsində 48 saylı orta məktəbin ərzisində idman meydançasının kənarında 25 metr uzunluğunda, 4 metr hündürlüyündə istinad divarı uçub.

 

Onun sözlərinə görə, torpaq yuyulub, istinad divarı dayanıqlığın itirib, nəticədə uçqun baş verib.

 

R. Həsənov qeyd edib ki, uçqun 5 hektar ərazini əhatə edib: “İstinad divarının uçması nəticəsində torpaq 2 metrə qədər irəli gəlib”. 


Teqlər:  Bakıda orta məktəbin ərazisində UÇQUN DİREKTORDAN AÇIQLAMA



RƏYLƏR


Top xəbərlər