Maştağa sakini intihar etdi

Maştağa sakini intihar etdi
11:22 19 Oktyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Maştağa qəsəbəsində sirkə turşusu içən şəxs dünyasını dəyişib.

Milli.Az bildiri ki, bu barədə Trend-ə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Hadisə paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini Abdullayev Mirabdulla Mirxəlil oğlu yaşadığı evdə intihar məqsədilə sirkə turşusu içib. Hadisədən xəbər tutan yaxınları onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. M.Abdullayev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR