Ərəb turistlərin Azərbaycanda ən çox getdikləri yerlərin adları açıqlanıb

Ərəb turistlərin Azərbaycanda ən çox getdikləri yerlərin adları açıqlanıb
11:32 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

İslamidada Azərbaycanı təmsil edəcək futbol hakimlərinin adları açıqlanıb (26 Aprel 2017 16:47)
"Aprelin sonunadək ölkədəki bütün mehmanxanaların 85 faizi dolub" (05 Aprel 2017 13:32)
Azərbaycanda ərəb və fars dillərinin tədrisi vacib sayıldı (04 Aprel 2017 17:27)

Bakı. 19 oktyabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Fəcr” qəzetində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müsahibəsi dərc olunub.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, qəzetin baş redaktoru Şərif Əl-Bəsilin oktyabrın 4-9-da Azərbaycanda səfərdə olub və nazir Ə.Qarayevdən müsahibə alıb.  
Müsahibədə nazir Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından danışaraq, gündən-günə dərinləşən bu münasibətlərin digər ölkələr üçün nümunə ola biləcəyini vurğulayıb. Ə.Qarayev Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarına münasibətdə viza rejiminin sadələşdirilməsi ilə bağlı göstərişinin ardınca ikitərəfli əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana hər ay on min insanın səfər etdiyini diqqətə çatdıran nazir ölkədə turistlərə təqdim olunan xidmətlərin təkmilləşdirilməsi istiqamətində daim iş aparıldığını bildirib. O, turizm imkanlarının təbliği məqsədilə üç il əvvəl Dubayda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəliyinin açıldığını nəzərə çatdırıb, ərəb xalqları ilə Azərbaycan xalqının adətlərinin oxşar olduğunu deyib.
Paytaxt Bakının yaxınlığında ziyarət olunmalı yerlər barədə sualı cavablandıran nazir Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu, eləcə də tolerantlıqla bağlı dini abidə və məbədləri, habelə 743-cü ildə Şamaxıda tikilmiş ən qədim Cümə məscidini qeyd edib, adları çəkilən abidələr haqqında ətraflı məlumat verib. O bildirib ki, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu 2007-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. 2009-cu ildə qoruğun nəzdində inşa olunan muzey dünyada ən gözəl beş muzeydən biridir.
Nazir Ə.Qarayev ərəb turistlərinin bəyəndikləri yerlərə nəzər salaraq, bu xüsusda Qusar rayonunda yerləşən “Şahdağ” Qış-Yay Turizm Kompleksini, Qəbələ və Quba rayonlarını misal çəkib, ələlxüsus da əmin-amanlığın və sabitliyin hökm sürdüyü, o cümlədən yaxın məsafədə yerləşən Azərbaycanda ərəb turistlərinin istəklərinə uyğun hər cür şəraitin mövcudluğunu və göstərilən xidmətlərin qiymətlərinin münasibliyini qeyd edib.
Turizm sahəsinə xarici investisiyaların yatırılması barədə suala cavab verən nazir Ə.Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin xarici investisiyaların təşviqi məqsədilə qərarını xatırladaraq, ərəb və Körfəz sərmayədarlarını turizm obyektlərinə, restoran biznesinə, böyük tələbata malik üçulduzlu mehmanxanaların inşasına sərmayə yatırmağa dəvət edib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət və turizmin təbliği sahəsindəki rolu barədə sualı cavablandıran nazir son dərəcə xeyirxah şəxsiyyət olan Mehriban Əliyevanın ölkənin həm daxilində, həm də xaricində təhsil və ibadət ocaqlarının inşası kimi xeyriyyə işlərinə həmişə xüsusi diqqət ayırdığını bildirib, Heydər Əliyev Fondunun qlobal müstəvidə mədəniyyət və turizm, habelə bir sıra ibadət və arxeoloji obyektlərin təmiri üzrə layihələrin uğurla həyata keçirilməsindəki müstəsna töhfələrini diqqətə çatdırıb, birinci xanımın Azərbaycan ilə bütün müsəlman ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi işində mühüm rolunu qeyd edib.
Nazir, həmçinin Azərbaycanın dünya ölkələri ilə münasibətlərinin yüksək səviyyədə olmasını və Prezident İlham Əliyevin bu münasibətlərin hər zaman dəstəklənməsi, möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsindəki xüsusi rolunu vurğulayıb, bunun sayəsində ölkəmizin Cənubi Qafqaz və Orta Asiya regionlarında turizm və mədəniyyətə dair beynəlxalq konqres və konfransların, habelə mötəbər idman yarışlarının keçirildiyi mühüm məkana çevrildiyini diqqətə çatdırıb. O, 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının, Naxçıvanın 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunmasının ərəb turistlərinin növbəti illərdə sayını daha da artıracağına inandığını qeyd edib.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bakıda “Lada” maneəyə çırpıldı: Sürücü yaralandı

27 Aprel 2017 07:44

ABŞ-da polisi öldürdülər

27 Aprel 2017 07:43

PSJ “Monako”nun daşını daş üstə qoymadı - VİDEO - FOTO

27 Aprel 2017 07:37

Mexikoda ikimərtəbəli mənzil - FOTO

27 Aprel 2017 07:32

“Barselona”dan 7, “Real”dan 6 qol - FOTO

27 Aprel 2017 07:27

“Airbuds Air Translator” dil baryerini aradan qaldıracaq

27 Aprel 2017 07:22

ABŞ KXDR-ə qarşı sanksiyaları sərtləşdirəcək

27 Aprel 2017 07:18

Hindistanda silahlılar hərbi düşərgəyə hücum edib: ölənlər var

27 Aprel 2017 07:12

Qəbilə ilə polis arasında qarşıdurma: Polisə oxla cavab verdilər

27 Aprel 2017 07:04

"Bavariya" daha bir tituldan əlini üzdü - VİDEO

27 Aprel 2017 06:43

XİN rəhbəri: "Biz Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina edirik"

27 Aprel 2017 06:32

Nəhəng daş kimi ibadətgah - FOTO

27 Aprel 2017 06:32

Zaxarova: “Trampa şans verin”

27 Aprel 2017 06:04

Bakıda avtomobil 37 yaşlı kişini vurub

27 Aprel 2017 06:02

İran sərhədində silahlı toqquşma: 8 ölü, 4 yaralı

27 Aprel 2017 05:48

Rusiyada zəlzələ oldu

27 Aprel 2017 05:33

"Just Cavalli"dən yeni kolleksiya - FOTO

27 Aprel 2017 05:32

“Qalatasaray”ın futbolçusu qəza törətdi

27 Aprel 2017 05:19

Rusiyada zəlzələ olub

27 Aprel 2017 05:12

"Real" "Deportivo"nu darmadağın etdi - VİDEO

27 Aprel 2017 04:53

ABŞ KXDR-ə qarşı sanksiyaları sərtləşdirəcək

27 Aprel 2017 04:37

FHN Lənkərandakı ağır qəza ilə bağlı məlumat yaydı

27 Aprel 2017 04:34

Məşhur aktyor jurnal üçün çəkildi - FOTO

27 Aprel 2017 04:32

Rusiyada sərnişin təyyarəsi qəza enişi etdi

27 Aprel 2017 04:29

9 mindən çox polis işdən uzaqlaşdırıldı

27 Aprel 2017 04:03

Məcburi köçkünlərə görə

27 Aprel 2017 03:35

Köhnə kənd evi otel oldu - FOTO

27 Aprel 2017 03:32

Məşhur rejissor vəfat etdi

27 Aprel 2017 03:24

35 yaşlı futbolçu məşq zamanı öldü

27 Aprel 2017 03:23

Nigeriyada neft oğurluğunda şübhəli bilinən 10 nəfər saxlanılıb

27 Aprel 2017 03:22

Rusiyada terror qruplaşmasının 12 üzvü saxlanıldı

27 Aprel 2017 03:13

Astroloji proqnoz - 27 aprel

27 Aprel 2017 02:58

Almaniya kubokunda finalçılar bəlli oldu

27 Aprel 2017 02:39

Çinidən metal bankalar - FOTO

27 Aprel 2017 02:32

İspaniya La Liqası: "Real" "Deportivo"nu böyük hesabla məğlub edib

27 Aprel 2017 02:27

Tramp-Putin görüşünə dair xəbər yalan çıxdı

27 Aprel 2017 02:24

"Real" 3 xalı darmadağınla qazandı

27 Aprel 2017 02:22

Bu şəhərlərin küçələri dadlı yeməklərlə aşıb-daşır - FOTO

27 Aprel 2017 02:03

Apteklərdə adı və tərkibi eyni olan dərmanlar niyə fərqli qiymətə satılır? -

27 Aprel 2017 01:56

Türkiyədə 9 mindən çox polis işdən uzaqlaşdırıldı

27 Aprel 2017 01:49

Fransa kuboku: PSJ "Monako"nu darmadağın edərək finala çıxıb

27 Aprel 2017 01:47

Fərqli küçə rəssamı - FOTO

27 Aprel 2017 01:32

Rusiyadan kritik Astana açıqlaması -

27 Aprel 2017 01:31

Lənkəranda ağır qəza:

27 Aprel 2017 01:20

Rusiya mətbuatı Putinlə Trampın ilk görüşü barədə xəbər yayıb

27 Aprel 2017 01:17

35 yaşlı futbolçu məşqdə öldü

27 Aprel 2017 01:04

Limonla tonqal qaladı - FOTO/VİDEO

27 Aprel 2017 01:03

Hadisə hicaba büründü -

27 Aprel 2017 00:58

Suriyada qətliam davam edir:

27 Aprel 2017 00:23

Rusiyada terror qruplaşmasının 12 üzvü saxlanılıb

27 Aprel 2017 00:22