Bakıda orta məktəbdə UÇQUN

Bakıda orta məktəbdə UÇQUN
11:33 19 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri Xətai rayonu 48 saylı orta məktəbin ərazisində istinad divarı uçub, ərazidə uçqun baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib ki, son günlər yağan yağışların nəticəsində 48 saylı orta məktəbin ərzisində idman meydançasının kənarında 25 metr uzunluğunda, 4 metr hündürlüyündə istinad divarı uçub.

Onun sözlərinə görə, torpaq yuyulub, istinad divarı dayanıqlığın itirib, nəticədə uçqun baş verib.

R. Həsənov qeyd edib ki, uçqun 5 hektar ərazini əhatə edib: “İstinad divarının uçması nəticəsində torpaq 2 metrə qədər irəli gəlib”. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/172716.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR