FETÖ-nün ABŞ-dakı məktəbləri bağlanır

FETÖ-nün ABŞ-dakı məktəbləri bağlanır
11:42 19 Oktyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində Fətullahçı Terror Təşkilatına (FETÖ) bağlı 3 məktəbin bağlanması barədə qərar qəbul edilib.

Milli.Az report-a istinadən bildirir ki, Los-Ancelesin Təhsil Şurası razılaşdırılmış məktəblərlə bağlı anlaşmanın müddətinin uzadılmasını FETÖ-yə aid 3 məktəbə şamil etməyib.
Şuranın 7 üzvündən 6-sı qərarın lehinə səs verib. Apellyasiya şikayəti vermə hüququ olan məktəblər 2017-ci ilin iyul ayınadək maliyyə şərtlərini ödəməsələr, o zaman həmin məktəblər bağlanacaq.
İnformasiyaya görə, Kaliforniyada hakimiyyət orqanları ilə razılaşdırılmış formada 10 məktəb fəaliyyət göstərir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/480945.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR