Azərbaycanın "Bəxt üzüyü" filmi özbək dilinə dublyaj olunub

Azərbaycanın "Bəxt üzüyü" filmi özbək dilinə dublyaj olunub
11:42 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "Bəxt üzüyü" filmi özbək dilinə dublyaj olunaraq tamaşaçılara təqdim edilib.
Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, təqdimatda Azərbaycan səfirliyin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət, kino sahəsində tanınmış nümayəndələri, "Özbəkkino" Milli Agentliyi, Özbəkistan Dövlət Televiziyasının nümayəndələri, yerli azərbaycanlılar, mətbuat nümayəndələri iştirak ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzimizinin direktoru Samir Abbasov "Bəxt üzüyü" filminin özbək dilinə dublyaj olunmasını Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr edildiyini deyib. O, dublyaj olunan filmin digər Azərbaycan filmləri kimi qısa müddətdə Özbəkistanda seviləcəyinə inandığını söyləyib. 
Tədbirdə "Bəxt üzüyü" kinokomediyasının özbək dilinə dublyajını həyata keçirən rejissor-operator Eldar Məmmədov, filmin ssenarisini özbək dilinə tərcümə edən jurnalist Rüstəm Cabbarov, Özbəkistanın əməkdar artisti İsomat Erqaşov da çıxış ediblər.
Daha sonra özbək dilinə dublyaj olunan "Bəxt üzüyü" kinokomediyası nümayiş etdirilib.
Filmin Özbəkistanın Dövlət Televiziyasına və çoxsaylı televiziya kanallarına göndərilməsi nəzərdə tutulub. 






Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/azerbaycanin-bext-uzuyu-filmi-ozbek-diline-dublyaj-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR