Hind məbədindən Bakıya gətirilən saçlar: onlar kimindir? - FOTO

Hind məbədindən Bakıya gətirilən saçlar: onlar kimindir? - FOTO
11:47 19 Oktyabr 2016
100 Maraqlı
Ölkə mətbuatı
A- A+

Naomi Londondakı gözəllik salonlarından birində üç saat çəkən prosedurdan sonra saçlarının uzunluğunu artırdı. O, saç "uzatma" əməliyyatı üçün 1200 funt-sterlinq ödəyib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dünyanın əksər ölkələrində olduğu kimi, Londonda da qadınlar saçlarının uzunluğunu süni şəkildə artırmağa meyllidirlər. Saatlarla çəkən prosedurdan sonra saçlar "uzanır".

37 yaşlı Naomi də belədir. Onun platin rəngli gözəl saçları var.

Britaniyada saçlarını süni şəkildə uzadan qadınların sayı son 5 ildə 70 faiz artıb.

Belə qadınların arasında, təbii ki, şou-biznes məşhurları xüsusi yer tutur.

Britaniya pariklər və saçların uzadılması üçün saç idxalı baxımından dünyada 3-cü yeri tutur. "Dumanlı Albion" ildə 43 milyon ton insan saçları alır. Bu isə 2 milyon insanın saçı və ya dünyanı ekvator üzrə 3200 dəfə dolamaq üçün yetərli saçdır.

Lakin britaniyalı xanımlarla yanaşı, dünyanın müxtəlif ölkələrində saçlarını süni şəkildə uzadan qadınların tam əksəriyyəti bu saçların haradan, necə və hansı yollarla əldə olunduğunu bilmirlər.

Eynən Bakıdakı xanımlar təki.

... Hindistanın cənubu, "Yadagirigutta" məbədi. Yüzlərlə yoxsul qadın başlarını daz qırxdırmaq üçün növbə gözləyir. Onların tam əksəriyyəti saçlarını heç zaman kəsdirməyib, dəbli saç düzümlərindən yararlanmayıb. Bu səbəbdən də belə qadınların saçlarına bərbərlər xüsusi dəyər verir, "bakirə saçlar" adlandırırlar.

Qadınların başlarının daz qırxılması "prosesi" cəmi 5 dəqiqə çəkir.

Bu qadınlar arasında əynində çəhrayı sari olan 28 yaşlı Lavanya Kakala da var. O da başını qırxdırıb və saçlarının müqabilində heç nə almayıb.

Daha doğrusu, heç nə istəməyib.

Çünki Hindistandakı hinduistlərin inanclarına görə, başlarını qırxdırarkən saçlarını Vişnu Tanrısına qurban verirlər.

Şəksiz ki, onlar saçlarının sonradan satılacaqlarını bilirlər.

"Başımı qırxdırdım ki, Tanrılara təşəkkürümü bildirim. Qırxılmış saçlarımın sonrakı taleyi məni əsla maraqlandırmır. Əgər pis, seyrək və ya qısa saçlı qadınlar mənim kəsilmiş saçlarımdan istifadə etmək istəyirlərsə, etsinlər. Bu, saçlarımın zibilxanaya atılmasından daha yaxşıdır",  - L.Kakala deyib.

Hindistanda qadınların məbədlərə yollanaraq saçlarını kəsdirmələri, başlarını daz qırxdırmaları adi haldır.

Məbəddə tökülən saçlar

Bu məbəddə bəzən gündə 50 min qadın başlarını daz qırxdırmaq üçün növbəyə dururlar və növbənin uzunluğu da 3 kilometrə çatır.

Hinduizmdə qadınların məbəd üçün başlarını qırxdırmaları, saçlarını kəsdirmələri "tonsurinq" adlanır.

Bu ayin zamanı qadının başı daz qırxılır, sonra onun başına antiseptik səndəl məti çəkilir.

Lavanyanın saçları çox keyfiyyətlidir. Hindistandakı qadınlar, xüsusilə də ölkənin cənubunda yaşayan zərif cins mənsubları saçlarını heç vaxt kimyəvi şampunlarla yumurlar. Onlar saçlarını tez-tez darayır, hamarlığı saxlamaq üçün saçlarına kokos yağı çəkirlər.

Bu səbəbdən dünyanın "saç bazar"ında hindistanlı qadınların saçlarına böyuk tələbat var.

"Tirumala" məbədi isə başlarını daz qırxdıran qadınların saçlarının satışından ildə 30 milyon dollara yaxın pul əldə edir. Məbədin kahinləri həmin pulların yeni xəstəxanalar və məktəblərin inşası üçün xərcləndiyini desələr də, bu sözlərə inanmaq çətindir.

"Tonsurinq" ayini saç bazarının yalnız bir təminat mənbəyidir.

Hindistanı dolaşan saç alıcıları kişilərə "arvadının saçlarını ver, 6 dollar al" deyirlər. 6 dollar Hindistandakı yoxsullar üçün az pul olmadığından, ərinin zorla başını qırxdığı qadınlarla yanaşı, küçədə hücuma məruz qalıb saçı qırxılan qadınlar da az deyil.

Rusiya və Ukraynada da saç bazarı var. Bu ölkələrdə 20-30 sm uzunluqdakı sarışın saçlar üçün 45, açıq-qəhyəi rəngli saçlar üçünsə 60 dollar təklif olunur.

Moskvada yaşayan 25 yaşlı fotoqraf Darya Danqilova belinə çatan hörüyünə görə 150 dollar alıb: "Çox peşmanam. Hörüyümü kəsdirib satandan sonra ağladım".

Cənubi Amerikada isə Peru və Braziliyadan olan qadın saçlarına çox dəyər verilir. Səbəb bu saçların qalın olmasıdır.

Perunun kənd rayonlarında, orta aylıq gəlirin 90 dollardan artıq olmadığı yerlərdə keyfiyyətli, hamar qadın saçı üçün 60 dollar təklif olunur.

Ekspertlərin dediklərinə görə, Çindəki qadın saçları o qədər də dəyərləndirilmir, çünki çinli xanımların saçları sərt və düz olur.

Yaş da önəmlidir. 1992-ci ildə doğulmuş qadınların saçları ən keyfiyyətli sayılır. 24 yaşlı qadının saçlarında keratin daha çox olduğundan onlar baha satılır.

Kəsilmiş saçlar anbarlara daşınır və burada saf-çürük olunur. Qısa, pırtlaşıq saçlar dərhal ayrılır - belə saçlar cəmi 10 dollara satılır.

Bu da "qara qızıl"dır

Saman təki böyük taylara yığılan saçlar sonradan satışa göndərilir.

Qlobal saç satışı bazarını illərdən bəri araşdıran ekspert, London Universitetinin Qoldsmit Antropologiya Mərkəzinin professoru Emma Tarlo deyir: "Yaxşı, keyfiyyətli saçlar çox bahadır. Asiya ölkələrində təqribən 500 min insan saç alışı və daşınması ilə məşğul olur. Ona görə də saç alverini "qara qızıl axını" adlandırırlar".

Çində "saç yığımı" sexləri daha çoxdur. Belə sexlərdə çalışan qadınlar saatlarla işləyir, saçları darayır, çəngələyir, "keyfiyyət"ə görə ayırırlar. Üçüncü, növbəti mərhələdə isə saçlar yuyulur, mikroblardan təmizlənmək üçün qısa müddətdə kimyəvi qarışıqda saxlanır və axırıncı dəfə daranaraq kisələrə toplanır.

"Osmos" adlı kimyəvi qarışığın tərkibi sirr saxlanır. Bu qarışıq saçlardakı tünd piqmentləri yuyur, saçın özəyinin kənar hissəsi olan kutikulanı zədələmir. Kutikula zədələnəndə saç quru olur, tez qırılır.

Son mərhələdə saçlar daranır, başqa kimyəvi qarışıqda isladılır və 20 gün ərzində qurudulur. Belə manipulyasiyalardan sonra saçlar hamar, elastik, rəngsiz olur.

Həmin saçı sonradan istənilən rəngə boyamaq olar.

Boya prosesi də fərqli olur. Sarışın və ya platin rəngi əldə etmək üçün saç xüsusi qarışıq olan vannada 20 gün, qəhvəyi və ya şabalıdı rəng üçünsə 10 gün saxlanır.

Saçları həmin məhlula salmazdan əvvəl onları tənzif "kisələr"də bağlayırlar: bu minvalla saç əyilmir, pırtlaşıq və ya qıvrım olmur.

Axırda saçlar satışa çıxarılır, topdan kiloqramlarla satılır.

Saç satışı ilə məşğul olan "Eqovan" şirkətinin rəhbəri Qloriya Kinq danışır: "Anbarda həmişə yetərincə saçımız var. Bu, qəfil sifariş olanda onu yerinə yetirmək üçündür. Hindistan, Peru və ya Çindəki yoxsul qadınlar bəzən saçlarını 50 dollara satırlar. Bu pula həmin qadınlar ailələrini bir ay dolandıra bilirlər".

Bakıda isə...

Bakıdakı gözəllik salonlarında saçlarını süni şəkildə uzatmaq istəyən xanımlar minimum 100 manat ödəməlidirlər. Çox yüksək keyfiyyətli, yaxşı saçların qiyməti isə 250 manatdan başlayır.

Halbuki gözəllik salonlarına həmin saçlar ən uzağı 70 manata başa gəlir.

Saçların uzadılması zamanı "ip" anlayışından istifadə olunur. Məsələn, belə salonlarda müştəri qadınlara adətən 25 "ip" təklif olunur. 100 "ip"li saç uzatma isə baha başa gəlir.

Orxan Hun
Milli.Az






















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda 17 yaşlı gənc kütləvi dava zamanı bıçaqlanıb

22 Avqust 2017 05:52

Səfir: İraq 2 ay ərzində tamamilə İŞİD-dən azad olunacaq

22 Avqust 2017 05:37

Tramp xanımı və oğlu ilə birgə Günəş tutulmasını izlədi

22 Avqust 2017 05:33

88 yaşında internet fenomeni oldu - FOTOLAR

22 Avqust 2017 05:03

Bakıda avtomobil yerüstü piyada keçidindən keçməyən şəxsi vuraraq öldürüb

22 Avqust 2017 04:52

Yaponiyada yük gəmisi batıb: itkin düşənlər var

22 Avqust 2017 04:47

Türkiyə HHQ 4 terrorçunu məhv etdi

22 Avqust 2017 04:33

Türkiyədə zəlzələ olub

22 Avqust 2017 04:27

Sənəti ilə dünyaya səs saldı - FOTOLAR

22 Avqust 2017 04:08

Fox News: Tramp Əfqanıstana 4 min hərbçi göndərəcək

22 Avqust 2017 03:44

İraqın Tall-Afar şəhərini 40 min sakin TƏRK ETDİ

22 Avqust 2017 03:33

Tramp Əfqanıstana daha 4000 əsgər göndərəcək

22 Avqust 2017 03:27

“Barselona”dan ayrıla biləcəyimi düşünürəm" - İnyesta

22 Avqust 2017 03:03

"Azərbaycan muğamını öyrənirəm" - Ruslana

22 Avqust 2017 02:28

UEFA-dan Cüneyt Çakıra təyinat

22 Avqust 2017 02:16

Tramp Günəş tutulmasını xanımı və oğlu ilə birlikdə izləyib

22 Avqust 2017 02:12

Günel nişanlısı ilə barışdı

22 Avqust 2017 02:09

Amerikalı hərbçilərin axtarışı davam edir

22 Avqust 2017 01:50

Fəxriyyə Xələfova: Mən bu gözəlliyi dünya ilə paylaşmaq istəyirəm

22 Avqust 2017 01:28

Nəhəng asteroid Yer kürəsinin 7 milyon km yaxınından keçəcək

22 Avqust 2017 01:28

“Barselona”dan ayrıla biləcəyimi düşünürəm" -

22 Avqust 2017 01:10

İtaliyada zəlzələ olub, xəsarət alanlar var

22 Avqust 2017 00:47

Türkiyə və İran PKK-ya qarşı birləşir

22 Avqust 2017 00:44

Xəyanət edən ərindən belə qisas aldı - FOTO

22 Avqust 2017 00:28

Livan ordusu İŞİD rəhbərlərindən birini həbs edib

22 Avqust 2017 00:27

Türkiyədə dəhşətli terror aktının qarşısı alındı

22 Avqust 2017 00:19

Kapitan üçün əlamətdar tur -

22 Avqust 2017 00:18

Vasif Talıbov sərhəd xidmətində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxsləri təltif edib

22 Avqust 2017 00:12

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08

Rusiyanın Krasnodar vilayətində vertolyot qəzaya uğrayıb

22 Avqust 2017 00:02

Ölənlərin sayı 500 nəfəri ötdü -

21 Avqust 2017 23:55

Valideynlərin nəzərinə: Uşaqlar arasında yoluxucu VİRUS YAYILIB

21 Avqust 2017 23:48

Rostovda yanğında 36 nəfər xəsarət alıb

21 Avqust 2017 23:35

Rostov vilayətində fövqəladə vəziyyət

21 Avqust 2017 23:34

Rostovda baş vermiş yanğında xəsarət alanların sayı 36 nəfərə çatıb

21 Avqust 2017 23:27

Gəncədə 27 yaşlı oğlan bıçaqlandı

21 Avqust 2017 23:24

“VAZ” 15 baş qoyunu vurdu - İsmayıllıda

21 Avqust 2017 23:19

Həm qanunsuzdur, həm də təhlükəli - elektriklə balıq ovlanılır - VİDEO

21 Avqust 2017 23:18

Gəncədə 27 yaşlı gənc tanışı tərəfindən bıçaqlanıb

21 Avqust 2017 23:17

Gürcüstanda meşə yanğınları tüğyan edir -

21 Avqust 2017 23:10

Əfqanıstanın paytaxtı Kabildə partlayış olub

21 Avqust 2017 23:07

Ukrayna üzrə ABŞ-Rusiya görüşü başa çatdı

21 Avqust 2017 23:03

Abşeronda qəza -

21 Avqust 2017 22:58

Müşviqabadda qəza - 2 yaralı

21 Avqust 2017 22:54

Barselona terrorunda şübhəli bilinən əsas şəxs saxlanılıb

21 Avqust 2017 22:48

İraqın Tall-Afar şəhərini 40 min dinc sakin tərk edib

21 Avqust 2017 22:47

Saakaşvili Avropanın bir neçə ölkəsinin ona vətəndaşlıq verməyə hazır olduğunu bildirib

21 Avqust 2017 22:42

Qırğızıstan hökuməti istefa verib

21 Avqust 2017 22:30

Şəbnəm bağ evini nümayiş etdirdi – FOTOLAR

21 Avqust 2017 22:28

FHN Gürcüstana yanğının söndürülməsi üçün ikinci HELİKOPTER GÖNDƏRDİ

21 Avqust 2017 22:18