Mehriban Xanlarova qızının əsl valideynlərinin kimliyini açıqladı

Mehriban Xanlarova qızının əsl valideynlərinin kimliyini açıqladı
11:48 19 Oktyabr 2016
221 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Mehriban Xanlarova şəxsi həyatı barədə illərdir gizli saxladığını etiraf edib.

Aktrisa hamıya qızı kimi təqdim etdiyi Ayselin onun doğma yox, bacısının övladı olduğunu bildirib.

M.Xanlarova bu barədə “Instagram” hesabında yazıb:

“İlk dəfə şəxsi həyatımla bağlı sirrimi xalqımla bölüşürəm. Bütün Azərbaycan xalqı bilir ki, mənim bir qız övladım var. Aysel mənim rəhmətlik bacım Sevda Xanlarovanın yadigarıdır. Hər kəs mənə sual verir ki, Mehriban xanım niyə bu sirri açdınız? Sadəcə, istədim sağ ikən insanlar bunu məndən eşitsin. Dünyanın işini bilmək olmaz. Bu gün varıq, sabah yoxuq.

İstəmirəm mən dünyamı dəyişəndən sonra haqqımda artıq-əskik danışsınlar. Mən bu sirri açmaqdan utanmıram, nə də heç kimdən çəkinmirəm. Bunu da nəzərinizə çatdırmaq istəyirəm ki, Aysellə münasibətimiz əladır. Gələcək aylarda dördüncü nəvəm dünyaya gələcək.

Bu barədə jurnalistlər məndən müsahibə almaq istəyirlər. Mənə, menecerimə zəng vururlar, amma hələ ki, müsahibə vermək istəmirəm. Səhhətimdə problemlər var. Bir az istirahət etmək istəyirəm”. (oxu.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/172718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR