ABŞ-ın "Stratfor" təhlükəsizlik şirkəti əməliyyatların üçüncü günündə Mosulun peykdən çəkilən şəkillərini yayıb.
Milli.Az report-a istinadən bildirir ki, fotolardan terrorçu İŞİD qruplaşmasının yolboyu yandırdığı və rezin təkərlərdən havaya qalxan tüstü, habelə bombalanan yerlər aydın görünür.
Qeyd edək ki, İraqın Mosul bölgəsinin terrorçu İŞİD qruplaşmasından azad edilməsi əməliyyatına oktyabrın 16-da başlanılıb. Bu ərazi 2014-cü il iyulun 10-da terrorçuların nəzarəti altına keçib.
Milli.Az