Qusar. 19 oktyabr. REPORT.AZ/ Qusar rayonunun mərkəzi bazarında baş verən yanğın zamanı sahibkarlara dəyən ziyanın məbləği məlum olub.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə zamanı bazarın ərazisində 20 satış piştaxtası, 2 geyim mağazası və 1 mebel mağazasının bir hissəsi yanıb.
İlkin hesablamalara görə, bazarda baş verən yanğın zamanı 22 sahibkara 50 min manatdan artıq ziyan dəyib.