Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Regionlarda cərrahiyyə əməliyyatlarının sayı artıb

Regionlarda cərrahiyyə əməliyyatlarının sayı artıb

Date: 19 October 2016 11:58

Bu il aprel ayından sentyabra qədər regionlarda aparılmış ginekoloji cərrahiyyə əməliyyatların sayı 3 dəfə artıb.

Publika.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Milələm Calalov bu gün keçirilən konfransda deyib.

Onun sözlərinə görə, 2015-ci ildə 2, 2016-cı ildə 6 əməliyyat həyata keçirilib: “Əməliyyatların əksəriyyəti qeysəriyyə, uşaqlıq amputasiyası və qanaxma ilə bağlı relaparatomiya olub”.

M.Calalovun sözlərinə görə, regionlarda əməliyyatların sayının artması tibb müəssisələrinin daha müasir standartlara uyğunlaşdırılması ilə bağlıdır: “Artıq regionlardan paytaxta köçürülən ginekoloji xəstələrin sayı ötən illə müqayisədə 39% azalıb. Bu il aprelin 1-dən sentyabrın 30-na qədər Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının konsultativ xidməti müəssisələri tərəfindən 46 xəstəyə xidmət göstərilib. Ötən il bu rəqəm 55 olub. Ötən illə müqayisədə pasientlərin sayı 17 % azalıb”.

Gülxar


Tags:  Regionlarda cərrahiyyə əməliyyatlarının sayı artıb

RƏYLƏR


Top news