Hitlerin dəhşətli silahından istifadə edəcəklər – 2 milyon insan öləcək

Hitlerin dəhşətli silahından istifadə edəcəklər – 2 milyon insan öləcək
12:03 19 Oktyabr 2016
97 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD Mosulda II Dünya Müharibəsi zamanı Hitlerin istifadə etdiyi zəhərli sarin qazından istifadə edə bilər.

Publika.az
xəbər verir ki, bu barədə “Hürriyet” qəzetinin yazarı Abdülkadir Selvi deyib.

Onun sözlərinə görə, İŞİD-in əlində kimyəvi silahlar var: “Məlumatlara görə, İŞİD bu silahları bir müddət öncə Suriyadan Mosula gətirib. Terror təşkilatının əlində sarin tərkibli kimyəvi qaz bombalarının olduğu iddiaları var. Öldürücü təsiri yüksək olan bu qaz bombaları daha əvvəl Hitler tərəfindən istifadə olunub”.

Yazar qeyd edib ki, Türkiyə Başika bazası da daxil olmaqla, İraqdakı hərbi birliklərində kimyəvi silah hücumlarına qarşı tədbirlər görüb. Əməliyyat başlanmamışdan öncə bu tədbirlər başa çatdırılıb.

Sarin tərkibli qaz bombasının istifadəsi Mosulda təxminən 2 milyon insanın ölümünə səbəb ola bilər. Çünki əməliyyatlar başlayandan sonra, mülki əhalinin çıxışı üçün dəhliz açılsa da, İŞİD insanların çıxışının qarşısını alır.

Qeyd edək ki, sarin qazı 1938-ci ildə alman kimyaçı Gerhad Skrader tərəfindən kəşf olunub. Nasist Almaniyasının istifadə etdiyi sarin qazı “sinir sistemi zəhərləri” qrupuna aiddir. Digər qazlardan rəngsiz və iysiz olması ilə fərqlənir.

İddialara görə, bu qaz bombasından Səddam Hüseyn və Bəşər Əsəd də istifadə edib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR