"Bu, "Barselona" ilə sonuncu müqaviləmdir"

"Bu, "Barselona" ilə sonuncu müqaviləmdir"
12:05 19 Oktyabr 2016
51 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" ilə yeni müqavilə imzalayan Xavyer Maskerano gələcək karyerası ilə bağlı önəmli açıqlama verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi müqaviləsi bitdikdən sonra Kataloniya klubundan ayrılacağını deyib:

"Bu, "Barselona" ilə sonuncu müqaviləmdir. Ümid edirəm ki, 15 il sonra da məni burada yaxşı insan kimi xatırlayacaqlar. Sevinirəm, çünki son 6 ildə bu klub mənim evimə çevrilib".

Qeyd edək ki, X.Maskerano bu ay "Barselona" ilə 3 illik müqavilə imzalayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/480950.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR