Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mehriban Xanlarovadan ŞOK AÇIQLAMA: "Bioloji ana olmamışam" - FOTO

Mehriban Xanlarovadan ŞOK AÇIQLAMA: "Bioloji ana olmamışam" - FOTO

Date: 19 October 2016 12:12

Əməkdar artist Mehriban Xanlarova şəxsi həyatı barədə danışıb. Lent.az-ın məlumatına görə, aktrisa bildirib ki, o bioloji olaraq ana olmayıb:

"İlk dəfə şəxsi həyatımla bağlı sirrimi xalqımla bölüşürəm. Bütün Azərbaycan xalqı bilir ki, mənim bir qız övladım var. Aysel mənim rəhmətlik bacım Sevda Xanlarovanın yadigarıdır. Hər kəs mənə sual verir ki, Mehriban xanım, niyə bu sirri açdız? Sadəcə istədim, sağ ikən insanlar bunu məndən eşitsinlər. Dünyanın işini bilmək olmaz. Bu gün varıq, sabah yoxuq.

İstəmirəm, mən dünyamı dəyişəndən sonra haqqımda artıq-əskik danışsınlar. Mən bu sirri açmaqdan utanmıram, nə də heç kimdən çəkinmirəm.
Bunu da nəzərinizə çatdırmaq istəyirəm ki, Aysellə münasibətimiz əladır. Gələcək aylarda dördüncü nəvəm dünyaya gələcək. 

Bu  barədə jurnalistlər məndən müsahibə almaq istəyirlər. Mənə, menecerimə zəng vururlar, amma mən hələ ki, müsahibə vermək istəmirəm. Səhhətimdə problemlər var. Bir az istirahət etmək istəyirəm". 

Milli.Az




Tags:  Mehriban Xanlarovadan ŞOK AÇIQLAMA Bioloji ana olmamışam FOTO


RƏYLƏR


Top news