Minlərlə insanı mat qoyan 4 yaşlı uşaq – VİDEO

Minlərlə insanı mat qoyan 4 yaşlı uşaq – VİDEO
12:13 19 Oktyabr 2016
148 Maraqlı
Ölkə mətbuatı
A- A+

Rusiyanın paytaxtı Moskvanın 4 yaşlı sakini qeyri-adi istedadı ilə gündəmə gəlib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 4 yaşlı Bella Devyatkina 7 dildə sərbəst danışır. “Rossiya” telekanalında “Təəccüblü insanlar” proqramının iştirakçısı olmuş qızcığaz son günlər sosial şəbəkələrdə məşhurlaşıb.

Təkcə onu demək kifayətdir ki, onun görüntülərini əks etdirən videoçarx bir gündə “YouTube” sosial şəbəkəsində 100 min nəfər tərəfindən izlənilib.

Bella Devyatkinanın qeyri-adi istedadı həm də onun ingilis, fransız, ispan, alman, çin, ərəb və rus illərində “aksentsiz” danışmasıdır. Onun videogörüntülərini izləyənlər heyrətlərini gizlədə bilməyərək videoçarxa müxtəlif rəylər yazıblar.

Bella Devyatkina seyrçiləri təkcə 7 dildə sərbəst danışması ilə yox, mahnı oxuması, şeir söyləməsi, hətta astronomiyadan suallara cavab verməsi ilə təəccübləndirib.

Anar Tağıyev


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/172712.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR