"Bu oyunda da möhtəşəm ajiotaj olacaq" - Baqali Dabo

"Bu oyunda da möhtəşəm ajiotaj olacaq" -   Baqali Dabo
12:17 19 Oktyabr 2016
45 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin hücumçusu Baqali Dabo Fransa mətbuatına müsahibə verib. Fanat.Az xəbər verir ki, o, komandasının "Sent-Etyen"ə qarşı keçirəcəyi oyun öncəsi bir sıra maraqlı məqamlara toxunub:


"Sent-Etyen"ə qarşı səfərdə oynamağı və bu şəhərdəki, stadiondakı atmosferi hiss etməyi çox arzulayırdım. Fikrimcə, bu oyunda da möhtəşəm ajiotaj olacaq".


Qeyd edək ki, fransalı hücumçu Topaz Premyer Liqasının 8-ci turunda "İnter"lə oyunda (1:1) zədə alıb. Həkimlər onu müayinə edib və ən azı iki həftə istirahət etməsinin lazım olduğunu bildiriblər. Dabo etiraf edir ki, bütün bunlara görə çox məyusdur:


"Buna ilk reaksiyam o oldu ki, "Sent-Etyen"lə oyunu buraxacağımı düşündüm. "Joffrua Gişar"da olan atmosferi həmişə xatırlayıram. Bu oyunda meydana çıxmağı düşündüyüm bir vaxtda belə bir zədə ilə üzləşmək çox məyusluq yaradır".


O, komandasının çempionatdakı çıxışından da söz açıb: "Komandamız daim irəliyə doğru addımlayır. Hazırda çempionatın lideriyik. Uğurlu çıxışımızın davamını gətirməyə çalışırıq".


Dabo sabah keçiriləcək Avroliqa matçında isə "Sent-Etyen"in favorit olduğunu bildirib: "Azərbaycan çempionatının səviyyəsi Liqa 1 ilə müqayisə oluna bilməz. Bu məntiqlə "Sent-Etyen" qələbə qazanmalıdır. Amma bizim yaxşı komandamız var. Yaxşı oynamağa və layiqli müqavimət göstərməyə çalışacağıq". (azerisport.az)




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbu-oyunda-da-mohtm-ajiotaj-olacaqquot-t53447.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR