Mosul savaşı davam edir: insanlar şəhərdən qaçırlar - FOTO

Mosul savaşı davam edir: insanlar şəhərdən qaçırlar - FOTO
12:17 19 Oktyabr 2016
52 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın Mosul şəhərinin İŞİD terrorçularından azad olunmasına yönəlmiş genişmiqyaslı hərbi əməliyyatlar davam edir.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, İraq ordusunun birləşmələri və kürd "peşmərgə"lər ölkənin ikinci ən böyük şəhərinin nəzarətinin İŞİD yaraqlılarından alınması əməliyyatları çərçivəsində Mosul ətrafında bir neçə kəndi ələ keçirdiklərini bildiriblər.

Beynəlxalq koalisiyanın havadan dəstəyi, eləcə də sünni icmalarının hərbi dəstələri və şiə hərbi qruplaşmalarının köməyilə həyata keçirilən əməliyyat ikinci gündür davam edir. Döyüşlər Mosul şəhərinin ətrafında və müxtəlif istiqamətlərdə üç cəbhədən aparılır.

ABŞ prezidenti Barak Obama Mosul uğrunda döyüşün asan olmayacağını, lakin İŞİD-in məğlub ediləcəyinə ümid bəslədiyini bildirib.

"Orada, yəqin ki, milyonlarla mülki əhali yaşayır. Buna görə də İŞİD-in kökünü kəsməklə yanaşı, döyüşlərdən qaçan mülki əhalinin təhlükəsiziyi və onlara humanitar yardım bizim diqqət mərkəzimizdədir", - deyə o bildirib.

İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin prezidenti Məsud Barzani əməliyyatın ilk günü 200 kvadrat kilometr ərazinin azad edildiyini bildirib. "Mosul azad ediləcək", - deyə o söz verib. Barzani onun döyüşçülərinin şəhərin Suriyada mühasirəyə alınmış Hələbin taleyini bölüşməməsi üçün mümkün hər şeyi edəcəklərini deyib.

Əməliyyatın başlaması ilə döyüşlərin getdiyi yerlərdə yüz minlərlə dinc əhalinin təhlükəsiziyi ilə bağlı narahatlıqlar mövcuddur.

İraq rəsmliəri Mosulda bir milyondan artıq mülki vətəndaş arasında tələfatlara yol verməmək üçün şəhərin mərkəzində davamlı hava hücumlarının keçirilməyəcəyini bildirib.

Beynəlxalq koalisiyanın nümayəndəsi əməliyyatın planlaşdırıldığı kimi getdiyini və yaraqlıların yüngül silahlar və əldəqayırma partlayıcılarla İraq və kürd qüvvələrinin qarşısını ala bilmədiyini bildirib.

Bu, beş il öncə ABŞ hərbi qüvvələrinin ölkədən çıxarılmasından sonra İraqda ən genişmiqyaslı hərbi əməliyyatdır. Hərbi əməliyyatlarda İraq qüvvələrinin 94 min əsgəri, koalisiya qüvvələrinin və İraqın 90 təyyarəsi, sünni və şiə yarıhərbi dəstələri iştirak edir.

İŞİD iki ildən artıqdır Mosula nəzarət edir.

BMT isə bəyanat yayaraq bildirib ki, təxminən 900 insan Mosul şəhərini tərk edərək Suriyaya qaçıb.

Bu, İraq hökumətinin Mosulu İŞİD-dən geri almaq üçün əməliyyata başladıqdan bəri əhalinin hərəkəti barədə ilk məlumatdır.

Hazırda Mosulda 1.5 milyon əhalinin qaldığı və 5000-ə yaxın döyüşçünün olduğu güman edilir.

Həmçinin ABŞ bildirib ki, İraq ordusu Mosula yaxınlaşdıqca qiyamçıların insanları sipər kimi istifadə edəcəyi barədə qorxular var.

Vaşinqtonda jurnalistlərin İŞİD-in dinc əhalini canlı qalxan kimi istifadə edib-etməməsi barədə suallarına Pentaqonun sözçüsü, Hərbi-Dəniz Qüvvələrinin kapitanı Jeff Davis "tamamilə" deyə cavab verib.

Şəhərdəki sakinlərlə telefon əlaqəsi saxlayan Reuters xəbər agentliyi bildirir ki, İŞİD şəhərdən qaçan insanların qarşısını alıb və onların bəzilərini havadan zərbələr endirilən binaların istiqamətinə göndərib.

BMT Mosuldan kənarda yeni qaçqın düşərgələri yaratmağa çalışır.

Yaxınlıqdakı şəhər Qaraqoşun azad olması barədə xəbərləri isə sonradan hökumət komandiri təkzib edib.

Ancaq ABŞ-ın dəstəklədiyi koalisiya bildirir ki, onlar 10 kəndi İŞİD-dən azad ediblər.

İraq üçün BMT-nin humanitar koordinatoru Lise Qrande deyib ki, təşkilat əməliyyatın birinci günü və ya həftəsi azı 200 min nəfərin sığınacaq tələb edə biləcəyi ehtimalını nəzərdən keçirib.

BMT ərazidə yaşayan 1,2 milyon insanın təhlükəsizliyi üçün "son dərəcə narahatlıq" ifadə edib.

Milli.Az




















RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Fərda çıxış edəcək, Cem Yılmaz baxacaq

27 Aprel 2017 13:32

42 məhsulun qiyməti ucuzlaşdı - SİYAHI

27 Aprel 2017 13:32

"Müəllim dünyası" kitabı təqdim olundu

27 Aprel 2017 13:32

Salyanda YPX maşını qəza törədib, 2 nəfər ölüb

27 Aprel 2017 13:32

Məktəblərə yaxın obyektlərdə qəlyan çəkilməsinə

27 Aprel 2017 13:29

Əbülfəz Elçibəy KQB-nin “agenti” olub? – Nemət Pənahlı sənəd yaydı - FOTO

27 Aprel 2017 13:28

Şahmatçılar futbol oynayarsa... - FOTO

27 Aprel 2017 13:27

Tbilisi prospektində yeni işıqforların quraşdırılması və dövriyyənin yenidən nizamlanması təklif olunur

27 Aprel 2017 13:27

"Bu, milli idmanın imicinə xələl vura bilər"

27 Aprel 2017 13:27

Fərdadan ƏMİNLİK: "Bunu sübut edəcəm"

27 Aprel 2017 13:24

Qərbə SƏRT XƏBƏRDARLIQ: “Rusiyaya qarşı bu taktika...”

27 Aprel 2017 13:23

Hollandiya millisinin yeni baş məşqçisi və köməkçisi məlumdur

27 Aprel 2017 13:22

İnsan ana bətnində belə əmələ gəlir

27 Aprel 2017 13:19

Türk gözəli ilə məşhur aktyorun intim görüntüləri yayıldı – FOTOLAR

27 Aprel 2017 13:18

Metropoliten yenə işçi axtarır

27 Aprel 2017 13:17

Rusiyadan alınan silahlar Ordumuzun güclənməsinə böyük töhfədir"

27 Aprel 2017 13:17

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının Avropa çempionatı üçün heyəti açıqlanıb

27 Aprel 2017 13:17

Çağatay Ulusoyun yeni layihəsi bəllidir

27 Aprel 2017 13:17

650 qəzalı məktəb şagirdlərinə şad xəbər: modul məktəblər - MEDİATUR

27 Aprel 2017 13:14

Oğurluq edən ağdaşlı əsgəri ov tüfəngi ilə öldürdülər

27 Aprel 2017 13:14

Sən demə, işdə yuxulamağın ƏSL SƏBƏBİ BU İMİŞ

27 Aprel 2017 13:13

Azərbaycan-Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib

27 Aprel 2017 13:12

La Liqanı tərk edən ilk klub müəyyənləşdi

27 Aprel 2017 13:12

Bakıda qohumunun evindən oğurluq edən qadın tutulub

27 Aprel 2017 13:12

Kirayə pulunu verə bilməyən tələbə qız qatarda yaşayır

27 Aprel 2017 13:10

Gənc qız ölən dayısının evini yardı - BAKIDA - FOTO

27 Aprel 2017 13:09

İŞİD və "Taliban" yenə Əfqanıstanı qan gölünə döndərdi

27 Aprel 2017 13:08

General Elçin Quliyevin məhkəməsi başladı

27 Aprel 2017 13:04

İngilis deputat erməniləri BİABIR ETDİ: “ Edvard Nalbandyanın arvadı ilə...”

27 Aprel 2017 13:03

Fransada ekstremizmdə şübhəli bilinən şəxs polisə atəş açıb, 2 nəfər yaralanıb

27 Aprel 2017 13:02

Almaniya kansleri Türkiyəni hədələdi

27 Aprel 2017 12:59

Merkeldən Türkiyə bəyanatı - TARİX AÇIQLANDI

27 Aprel 2017 12:58

Lerik sakinləri nazirdən ikinci “Uzunömürlülər festivalı”nın keçirilməsini istəyiblər

27 Aprel 2017 12:57

Babel qadınla yaxalandı - FOTO

27 Aprel 2017 12:57

Keçmiş MTN-in daha bir generalının məhkəməsi başlayıb

27 Aprel 2017 12:57

Azərbaycanlı bu qızların görüntülərini hamı izləyir

27 Aprel 2017 12:55

Azərbaycanda sulu qəlyan qadağan olunur

27 Aprel 2017 12:53

Komitə sədri: "Azərbaycan açıq hökumət prinsipinin təşviqinə töhfəsini verib"

27 Aprel 2017 12:52

İdman telekanalı 100 işçisini qovdu

27 Aprel 2017 12:52

Deputat: "Siqaret çəkmək üçün çölə çıxmaq olmaz?"

27 Aprel 2017 12:52

Bahar Muradova: “Məktəblərə yaxın obyektlərdə qəlyan çəkilməsi qadağan edilməlidir”

27 Aprel 2017 12:52

Sulu qəlyandan istifadə qadağan edilir - AZƏRBAYCANDA

27 Aprel 2017 12:49

73 yaşında idmana başlayacaq - FOTOLAR

27 Aprel 2017 12:48

Siqaret çəkmədən zəhərlənən insanlarımız - STATİSTİKA AÇIQLANDI

27 Aprel 2017 12:47

Bakı-Tbilsi-Qars dəmir yolu Azərbaycan üzərindən yük tranzitini xeyli artıracaq

27 Aprel 2017 12:47

İmişlidə yol qəzası: 4 yaralı - SİYAHI - FOTO

27 Aprel 2017 12:47

Sabahın HAVAsı

27 Aprel 2017 12:47

Azərbaycanda bəzi saytların bloklanması bağlı məhkəmə təxirə düşdü

27 Aprel 2017 12:44

İsrail Suriyanı bombaladı

27 Aprel 2017 12:44

56 yaşlı abituriyent imtahan verəcək

27 Aprel 2017 12:43