Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Uşaqlar atalarının qorxusundan səslərini çıxara bilməyiblər" - Dəhşətli qətlin təfərrüatı

"Uşaqlar atalarının qorxusundan səslərini çıxara bilməyiblər" - Dəhşətli qətlin təfərrüatı

Date: 19 October 2016 12:17

Balakəndə əri tərəfindən döyülərək qətlə yetirilən 52 yaşlı qadının ölümünün bəzi təfərrüatları məlum olub. 

Milli.Az bildirir ki, Balakən rayonunun Poçtbinə kəndinin sakinlərinin aznews.az-a verdiyi məlumata görə, Kainat Çobanovanın qətlində ittiham olunan Zeynal Çobanov tüfeyli həyat tərzi yaşayıb: "Hadisəni eşidən kimi onlara getdik, Zeynal Çobanovla danışdıq. Olanları boynuna götürmədi. Hətta o, həmin vaxt həyətindəki kənd camaatına dedi ki, həyat yoldaşı dərman içib, ölüb. Amma sonradan eşitdik ki, o, Kainatı yumruq və təpiklə vuraraq öldürüb. O, bu əməlini hüquq-mühafizə orqanlarına etiraf edib. Heç yerdə işləməyib. Tüfeyli həyat sürürdü. Orda-burda küllənən adam idi. Zeynal Kainatı döyəndə uşaqlar da evdə olublar. Amma uşaqlar atalarından qorxduqlarından səsini çıxara bilməyiblər".

Sakinlər deyirlər ki, ailəni K.Çobanova dolandırırmış: "Həyat yoldaşı onun-bunun evində işləyirdi. Aldığı puldan birtəhər dolanırdılar". 

Qeyd edək ki, Balakəndə 52 yaşlı qadın əri tərəfindən döyülərək qətlə yetirilib. Poçtbinə kənd sakini, 1964-cü il təvəllüdlü, Kainat Çobanovanın üzərində döyülməyə xarakterik xəsarətləri olan meyidi Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda CM-nin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir. 

Milli.Az


Tags:  Uşaqlar atalarının qorxusundan səslərini çıxara bilməyiblər Dəhşətli qətlin təfərrüatı

RƏYLƏR


Top news