PAOK Bakıya yola düşdü - FOTO

PAOK Bakıya yola düşdü - FOTO
12:22 19 Oktyabr 2016
48 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK Yunanıstan hazırlıqlarını başa vurub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Saloniki təmsilçisi Bakıya yola düşüb.

Sabah III tur çərçivəsində Ağdam təmsilçisinin qonağı olacaq yunanıstanlılar Bakıya 25 futbolçu ilə gəlirlər. Baş məşqçi Vladimir İviç oyunöncəsi son məşqini bu gün paytaxtımızda keçəcək.

Qeyd edək ki, sabah saat 21:00-da başlayacaq "Qarabağ" - PAOK qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/480959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR