“Türkiyə-Rusiya münasibətləri düzələndən sonra məntiqi
olaraq erməni məsələsi gündəmə gəlməli idi. Türkiyə öz tələbini
irəli sürdü və Rusiya qəbul etdi. Ankara 5 rayonun Azərbaycana
qaytarılmasını təklif edib. Moskva da bunu qəbul edib. Rusiya da
erməni-türk münasibətlərinin normallaşması şərtini irəli sürüb.
Türkiyə şərtlərinin qəbul ediləcəyi halda, bu tələblə
razılaşıb”.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq
Manvel Sarisyan deyib.
Erməni politoloq Rusiyanın istəkləri qarşılığında Bakının
şərtlərinin olduğunu bildirib.
“Bakı bəyan edir ki, Qarabağı qaytarın və biz Avrasiya İqtisadi
İttifaqına giriş haqda düşünək. Rusiya Türkiyə və Azərbaycanla
münasibətlərə önəm verir. Burada Ermənistan sadəcə alətdir.
Maraqlıdır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının
iclasında Serj Sarkisyan prezidentlərin birgə bəyanatını oxumadı.
Çünki bu, Qazaxıstan və Türkiyənin xoşuna gəlməyə bilər. Hesab
etmək olar ki, Rusiya Sarkisyanın bəyanatı oxumasına icazə
verməyib. Ermənistanı bu prosesdə xırda pul adlandırmaq olar”, -
deyə Sarkisyan vurğulayıb.
Asif