Rusiya və İtaliya yığmaları yoldaşlıq görüşü keçirəcək

Rusiya və İtaliya yığmaları yoldaşlıq görüşü keçirəcək
12:32 19 Oktyabr 2016
41 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Futbol üzrə Rusiya və İtaliya yığmaları 2018-ci il dünya çempionatına hazırlıq məqsədi ilə yoldaşlıq görüşü keçirəcək. 
"Report"un məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqının prezidenti Vitaliy Mutko jurnalistlərə məlumat verib.
O, yoldaşlıq görüşünün 2017-ci ildə baş tutacağını deyib: "Rusiya və İtaliya futbol federasiyaları arasında danışıqlar gedir. Düşünürəm ki, oyun 2017-ci ilin noyabrında keçiriləcək. İndiki vəziyyətdə dəqiq nəsə demək çətindir. Ancaq ola bilər ki, dünya çempionatından öncə İtaliya ilə daha bir yoldaşlıq görüşü keçirəcək. Həmin oyun isə artıq Rusiyada olacaq".
Qeyd edək ki, 2018-ci il dünya çempionatı Rusiyada keçiriləcək. İyunun 14-də start götürəcək mundial iyulun 15-dək davam edəcək. Oyunlar Rusiyanın Moskva, Kalininqrad, Sankt-Peterburq, Volqoqrad, Kazan, Nijni Novqorod, Samara, Saransk, Rostov, Soçi və Yekaterinburq şəhərlərində keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/rusiya-ve-i-taliya-yigmalari-yoldasliq-gorusu-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR